"Ermənistanı silahlandırırlar! – “İran, ABŞ, Fransa və Hindistan..."

"Ermənistanı silahlandırırlar! – “İran, ABŞ, Fransa və Hindistan..." 

"Azərbaycan-Türkiyə xüsusi təyinatlılarının birgə təlimi bölgədə yaşanan hərarətliliyə hesablanmış addımdır.

 Ermənistan həm İran, həm ABŞ və Fransa, həm də onların əli ilə Hindistan dövləti tərəfindən qəti şəkildə dəstəklənir. Bu ölkənin silahlandırılmasına da başlanılıb. Azərbaycan və Türkiyə isə gedişatı diqqətlə izləyir".
Bu sözləri  Sherg.az-a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
Ekspert bildirib ki, belə neqativ addımlar Ermənistanı yenidən döyüşə təhrik edə, "qisas" hisslərini alovlandıra bilər:

"Riskə hazır olmaq lazımdır. Dünyada elə böhran var ki, kimin nə zaman, necə qərar verəcəyi gözlənilmir. Ermənistanı israrla dəstəkləyirlər, onu Azərbaycana qarşı qaldırırlar. Bunu İranın timsalında daha çox görürük. Bölgədə problemin həll edilməməsindən ötrü siyasi xətlər izlənilir. Kənar qüvvələrdən aldıqları dəstəklərə arxalanıb Azərbaycana qarşı yenidən hərbi metodlar istifadə etməyi düşünürlər. Xüsusi təyinatlıların təlimlərinin başlaması fonunda Azərbaycan və Türkiyənin ehtimallara adekvat hazırlaşdığının göstəricisidir. Diplomatik həll yollarının tamamən qapanıb-qapanmayacağını bilmirik. Siyasi proses hərbi müstəviyə daşınacaqmı?

Tendensiyalar Ermənistanın öz maraqları çərçivəsində həll yolu axtardığını göstərir. Bu da beynəlxalq hüquqa ziddir. Beynəlxalq hüququ əsas götürən Azərbaycan tərəfi də belə münasibətlə razılaşmır. Vətən müharibəsi kimi hərbi əməliyyatlar gözləmək də doğru deyil. Amma istənilən halda hərbi əməliyyatlar versiyası öz aktuallığını qoruyur. Hazırki təlimlər də Ermənistan tərəfinin başlada biləcəyi risklərə yönəlik hazırlıq xarakteri daşıyır".

Qeyd edək ki, Türkiyə-Azərbaycan xüsusi təyinatlılarının birgə təlimi başlayıb.Təlimlər oktyabrın 3-14-də Türkiyədə keçiriləcək.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi