Əsgərimiz Ağdamda minaya düşdü
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbçisi, çavuş Əzizağa Umarov Ağdam rayonunda minaya düşüb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən mətbuata verilən məlumatda bildirilir.
Bildirilib ki, Ə.Umarov Çəmənli kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşərək xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurluğunda araşdırma aparılır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın