Əsmə külək, əsmə, axı gizli qalan problemləri üzə çıxarırsan

Əsmə külək, əsmə, axı gizli qalan problemləri üzə çıxarırsan -Havada tozun miqdarı normadan 3 dəfə çoxdur

Bakı və Abşeron yarımadasında bu gün səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.

Faktinfo.az xəbər verir ki,bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti məlumat yayıb.

Məlumata görə, mütəxəssislərinin apardığı monitorinqlərin nəticələr göstərir ki, ölkə ərazisində sinoptik vəziyyətlə və cənub-qərb küləyinin güclənməsi ilə əlaqədar ətraf ərazilərdə formalaşan toz Bakı şəhərinin bir çox rayonlarında, əsasən Yasamal və Xətai rayonlarında müşahidə edilir. Sözügedən ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib.

Faktinfo.az onu da bildirir ki,əsən güclü külək  Bakının yalnız mərkəzi 4-5 prospektdən  ibarət olmadığını bir daha xatırlatdı.Yəni bütün küçələr süpürülməlidi,şəhər təmiz saxlanılmalıdır.Havada uçuşan selofan torbaların,eləcə də göydən ələnib üzərimizə tökülən qum dənəciklərinin haradan qaynaqlandığı müəyyənləşdirilməlidir.

Yoxsa,təmizlənmiş istənilən ərazi toza –torpağa qərq olacaq.Yəni, heç kim təminat verə bilməz ki, küləyin saniyədə sürəti 10-13 metr olduğu halda Bakının istənilən təmiz və səliqəli bir rayonu digər rayon üzərindən çirklənməyəcək.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər