Evli kişilərlə subayların fərqi- Hansılar çox yaşayır-TƏDQİQAT
“Kişilər üçün evlənmək məsələsi diş qişasını anesteziyasız müalicə etmək qədər ağrılı məsələdir”.
Bu barədə Almaniyanın “Bild” jurnalındakı məqalədə deyilir. Jurnalın fikrincə, evliliyin müsbət tərəfləri çoxsaylı araşdırmalar üçün mövzu olub.
“Alimlər sübut edir ki, əsl evlilik vaxtı ilk tanışlıqdan 3 il sonra baş tutmalıdır. Bu müddətə artıq cütlük bir-birinin zəif tərəflərini, qəribəliklərini və s. yaxşı öyrənir. 3 və daha çox tanışlıq müddətindən sonra evliliyə “hə” deyən cütlüklərin boşanma riski də 50% azalır”- bu barədə Atlantadakı Emori Universitetinin alimləri bildirir. Onlar evliliyin orta ömürə də təsir etdiyi qənaətindədirlər.
“Çexiyadakı tədqiqatlar evliliyin kişilərin ömrünü 9, qadınların ömrünü isə 7 il uzatdığını müəyyən ediblər. Bu kişilərə xanımlarının qayğı göstərməsi ilə bağlı ola bilər. Bundan başqa, qadınlar ərlərinin tez-tez həkimə getməyə vadar edirlər”- deyə məqalədə vurğulanır.
Bundan başqa, “Bild”in araşdırmaları evli kişilərin subaylardan daha çox maaş aldığını, daha az işdən çıxarıldığını və daha uğurlu karyera qurduqlarını da müəyyən edib./Modern.az
Bu xəbər üçün şərh yazın