"Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması heç kimdə şübhə doğurmur"-

"Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması heç kimdə şübhə doğurmur"- DEPUTAT

Həmkarım Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması artıq heç kimdə şübhə doğurmur.

Bu, son dövrlərdə İranın, Tehrandakı səfirliyimizdə törədilmiş hadisədən sonra, Azərbaycana qarşı ikinci terror əməlidir. Səfirliyimizə qarşı hücuma görə heç kəsin nəinki cəzalandırılmaması, cinayətkarın media qarşısında sərbəst çıxışına şərait yaradılması bir daha göstərir ki, İran terrorçu mahiyyətə malik dövlətdir və bu ölkədə terror törətmək cinayət sayılmır.

Faktinfo.az xəbər verir ki,bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat onu da qeyd edib ki,Fazil Mustafaya qarşı hücumun vaxtı da təsadüfi seçilməyib.Terror hadisəsi İsraildə Azərbaycan səfirliyinin açıldığı,xarici işlər naziri Ceyhun Bayramovun bu ölkədə səfərdə olduğu ərəfədə törədilib. Bundan əlavə, hadisənin, Azərbaycan xüsusi xidmət orqanlarının yaranma günü ərəfəsində baş verməsi onu da göstərdi ki, xüsusi xidmət orqanlarımızın ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar səviyyədə təmin etməsi İranın xoşuna gəlmir.İran ölkəmizdə dəfələrlə terror qətlləri törədib.

Akademik Ziya Bünyadovun, jurnalist Rafiq Tağının qətlini heç kim unutmayıb.Hətta 2012-ci ildə Bakıda “Avroviziya” mahnı müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə planlaşdırdığı terror həmlələri haqqında çoxsaylı məlumatlar var idi.

Ümumilikdə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi bütün ağır vəziyyətlərdə İranın iştirakı olub. Bu baxımdan İranın Azərbaycana münasibəti işğalçı Ermənistanın münasibətindən heç nə ilə fərqlənməyib. Bu faktlar bir daha göstərir ki, İrandakı Molla rejimi Azərbaycana qarşı kin və nifrət bəsləyir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər