FHN-nin keçmiş psixoloqu: “Bu cəmiyyətə nə edilirsə, azdır…”
“Dörd il, 2015-2019-ci illərdə leytenanat rütbəsində Fövqəladə Hallar Nazirliyinin psixoloqu olmuşam.
İşlə bağlı müəyyən narazılıqlara görə ərizəmi yazıb çıxmışam. Orada inkişaf etməyim üçün potensialın qalmadığını görmüşəm. Bir neçə gündür, həmin nazirlikdə 8 il əvvəl çəkilmiş videogörüntülər paylaşılır. Yazıq, bədbəxt cəmiyyətimiz də bunu müzakirə edir…”
Pravda.az xəbər verir ki, bunu psixoloq Nizami Orucov bildirib.
“Bu nazirlikdə nə qədər şərəfli, mərd qadın və kişi tanımışam. Çox aşağı masala 24 saat çalışan, həyatlarını riskə atan, yanğında, suda, quruda, ümumiyyətlə, hər yerdə insanların köməyinə çatan oğul və qadınlarımız var. Bu gündən etibarən hökumətin ən sadiq, ən qatı fanatına çevrilirəm. Baxmayaraq ki, çox müxalif fikirdə idim. Bu xalqa, cəmiyyətə nə edilirsə, azdır. İndi türklərin “ərgən” dediyi milyonlarla insanla üz-üzəyik. Bəlkə hələ az deyirəm.
Ölkə əhalisinin təxminən 70 faizi belədir… Görün insanlar nəyi danışır, nəyi müzakirə edir, nədən çoşqu yaşayırlar… Siz baxmağa kadr axtarırsınızsa, açın porno saytları daha gözəl, daha estetik çəkilmiş pornolara baxın. Sizin bu görüntüləri təkrar-təkrar paylaşmağınız o insanların həyatına böyük təhlükə yaradır. Sizə görə bu “prikol” mövzusu ola bilər. Amma siz də sabah başınıza hansı işin gələcəyini bilmirsiniz. Unutmayın ki, bu həyatda heç kim yaşatdığını yaşamadan getməyəcək.”, - deyə N.Orucov əlavə edib.
Bu xəbər üçün şərh yazın