Fransada güllələnən Rahim Namazov sağaldı:"Həyatıma təhlükə var..."
Fransada həyatına sui-qəsd olunmuş kriminal avtoritet Rəhim Namazov (ləqəbi “Şəkinski”) sağalıb və özünü yaxşı hiss edir.
Faktinfo.az Virtualaz.org-a istinadla xəbər verir ki, Fransa KİV-lərinə müsahibəsində Namazov həyatına təhlükə mövcud olduğu üçün özünü təhlükəsizlikdə hiss edə bilmədiyini deyib. Bununla birlikdə, maraqlıdır ki, o, kriminalla heç bir əlaqəsinin olmadığı qeyd edib.
Xatırladaq ki, Rəhim Namazovun və həyat yoldaşının olduğu “Audi” markalı avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub. Ümumilikdə, maşına 7 dəfə atəş açılıb. Aldığı güllə yaralarından qadın dünyasını dəyişib.
1978-ci il təvəllüdlü Rahim Tofiq oğlu Namazov 2010-cu ildə Fransaya köçüb. Kriminal keçmişi ilə tanınan Rəhim Namazov həm də “Opasnı Roma” ləqəbi ilə məşhurdur. Bu yaxınlarda internetdə yayılmış videoyazıda Rəhim Namazov kriminal avtoritet Nadir Səlifovu (Lotu Quli) təhqir edib.
Fransa KİV-lərinə danışan Rəhim Namazov deyib ki, hadisədən sonra onun başsız qalan 3 uşağını sığınacağa yerləşdiriblər. Onun evinin qarşısında gecə-gündüz polis növbə çəkir. Silahlı hücum zamanı başından aldığı güllə yaralarından ölən arvadı Aidanın meyiti isə hələ morqdadır, dəfn olunmayıb.
Bu xəbər üçün şərh yazın