Füzulidə yas mərasimləri sadələşdirilib, toy mərasimləri də sadələşdiriləcək

Füzulidə yas mərasimləri sadələşdirilib, toy mərasimləri də sadələşdiriləcək - FOTOLAR

Füzuli rayonu ərazisində ictimai müzakirələrin nəticəsi olaraq 2014-cü ildən etibarən bütün yaşayış məntəqələrində yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, sadə və israfsız, islami qaydalara uyğun keçirilir.

COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə əsasən iki ilə yaxın müddət ərzində Füzuli rayonu ərazisində yas mərasimlərinə də nəzarət daha da artırılmışdır. Belə ki, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi məhdudlaşdırılmış, dəfn mərasimləri isə karantin qaydalarına riayət olunmaqla həyata keçirilmişdir.

Son səkkiz ildə keçirilən yas mərasimlərində, ehsan süfrələrində çay, qənd, halva, xurma, su və limon verilməsi məqsədəuyğun hesab edilmiş, nəticədə orta hesabla rayonda 12-13 milyon manatdan artıq vəsaitə qənaət olunmuşdur.

Rayonun məcburi köçkün olan əhalisi həmin vəsaiti digər sosial problemlərinin həllinə sərf ediblər. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 9-10 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 1200-1500 manatla yola vermək olur.

Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi həm onların sağlamlığının qorunmasına - koronovirus və digər yolucucu xəstəliklərə yoluxmalarının qarşısını alır, həm də onlara maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn oluması, qəbrüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər.

Artıq rayonda böyük və kiçik toy məclislərinin də israfçılığın qarşısının alınması, insanlar arasında sosial bərabərliyin təmin edilməsi üçün həmin məclislərin də sadələşdirilmiş formada keçirilməsi ilə bağlı ictimai müzakirələrə başlanılır. Rayonun ağsaqalları, ziyalılar, QHT-lər və ictimaiyyət nümayəndələri ilə keçiriləcək müzakirələrdən sonra böyük və kiçik toy məclislərinin sadələşdirilmiş formada keçirilməsinə başlanılacaqdır. Toy məclislərinin sadələşdirilmiş formada, israfçılıqdan kənar keçirilməsi ilə bağlı yaşayış məntəqələrində əhali arasında maarifləndirmə, izahat işlərinə başlanılacaqdır.

Faktinfo.az

Füzulidə yas mərasimləri sadələşdirilib, toy mərasimləri də sadələşdiriləcəkFüzulidə yas mərasimləri sadələşdirilib, toy mərasimləri də sadələşdiriləcəkFüzulidə yas mərasimləri sadələşdirilib, toy mərasimləri də sadələşdiriləcəkFüzulidə yas mərasimləri sadələşdirilib, toy mərasimləri də sadələşdiriləcəkFüzulidə yas mərasimləri sadələşdirilib, toy mərasimləri də sadələşdiriləcəkFüzulidə yas mərasimləri sadələşdirilib, toy mərasimləri də sadələşdiriləcəkFüzulidə yas mərasimləri sadələşdirilib, toy mərasimləri də sadələşdiriləcək
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi