Gələn həftə yoluxma 700-ə qalxa bilər - Azərbaycanlı alimdən SOS
"Azərbaycanda xəstələrin vəziyyəti ötən aylarla müqayisədə daha da pisləşib".
Bu sözləri Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.
Onun sözlərinə görə, artıq yoluxanların sayı o qədər artıb ki, reanimasiyalar doludur:
"Həkimlər çox pis vəziyyətdədirlər. Onların bəziləri çarəsizlikdən ağlayırlar. İnsanlar isə ağırlaşandan sonra həkimə müraciət edirlər. Bu günlərdə hər kəs özünü gözləməlidir. Hesab edirəm ki, növbəti həftələrdə günlük yoluxma 700-dən çox olacaq”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın