Gəncə Tibb Kollecindən Niyazi Bayramova şikayət olundu-

Gəncə Tibb Kollecindən Niyazi Bayramova şikayət olundu- Kollecdə hökm sürən rüşvətxorluq...

Gəncə Tibb Kollecində hökm sürən rüşvətxorluqdan cana doymuş bir qrup tələbə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova şikayət ediblər.

İddia olunur ki, icra başçısı kollecdə olanda bəzi tələbələr açıq-aşkar narazılığını bildirib.

O da qeyd olunur ki, kollecdə baş alıb gedən rüşvət atmosferi az-çox oxuyan tələbələri ruhdan salır.

Hətta bu günlərdə sözügedən kollecin “mamalıq” ixtisası üzrə oxuyan tələbələrindən birinin valideyni də qarşılaşdıqları rüşvət tələbindən söz açıb.

Valideyn bildirib ki, qızı illik 600 manat təhsil haqqı ilə ödənişli təhsil alır. Qış və yay semestrlərində 8 fənnin hər birinə görə tələbələrdən  50 manat pul yığılır ki, bu da toplam şəkildə  hər semestr üçün 400 manat edir.

Hətta yaxşı oxuyan tələbələr belə, çatışmayan bir  baldan ötrü «kəsilməyəcəklərinə» əmin olmadıqları üçün pul verməyi düzgün seçim hesab edirlər.

İddiaya görə, pul şöbə müdiri Sevinc Daşdəmirova tərəfindən yığılır.

Sevinc Daşdəmirova özü ilə bağlı ittihamları təkzib etsə də, kollecdə baş verən hər şeyin məhz direktor Mehman Rzayevin nəzarəti ilə həyata keçirildiyini bildirib. Bununla da  kollec direktorunu çətin vəziyyətə salmış olub.

Cahan.info deryaz.az-a istinadla xəbər verir ki, Mehman Rzayevin kollecə direktor təyin olunmasından sonra  tələbələrin «təşəkkür»süz qiymət alması, semestrləri əlavə «ödəniş»siz yola verməsi xeyli çətinləşib.

Bu gün adıçəkilən təhsil ocağında müalicə işi,mamalıq işi , tibb bacısı və əczaçılıq ixtisasları üzrə kadrlar hazırlanır.

Gəncə Tibb Kollecinin xarici görünüşü cazibədar olsa da, daxildə vəziyyət heç də ürək açan deyil. Məlumata görə, Gəncə Tibb Kolleci gələcəyin tibb mütəxəssislərini yetişdirmək əvəzinə, onları tamam başqa ruhda tərbiyə edir, tələbələri indidən «təşəkkür»süz iş görməməyə sövq edir.

Bundan başqa, o da qeyd olunur ki, kollecin direktoru Mehman Rzayev hər bir sessiya üçün konkret «minnətdarlıq» cədvəli müəyyənləşdirib. Belə ki, tələbə həmin cədvələ uyğun hərəkət etməsə, o zaman imtahanlar zamanı onun işi xeyli çətinləşə bilir.

Bir sözlə, hazırda Mehman Rzayevin rəhbərlik etdiyi təhsil müəssisəsində biliyindən asılı olmayaraq hər bir tələbə irəli sürülən «şərtlərlə" razılaşmağa məcbur qalır. Məhz elə bu səbəbdən də kollecdə keçirilən imtahanlar formal xarakter daşıyır.

Bundan başqa, sözügedən təhsil ocağına büdcədən kifayət qədər vəsait ayrılır. Lakin,kollecin direktoru Mehman Rzayev ayrılan vəsaitin təyinatı üzrə xərclənməsinə riayət etmir.

Xəbərə görə, Mehman Rzayevin direktoru olduğu kollecdə dərsə davamiyyət də normal səviyyədə deyil. Belə ki, tələbələr dərslərdə istədikləri vaxt iştirak edir, istədikləri vaxt iştirak etmirlər,"aylığa" buraxıla da bilirlər

Tələbələrin dərslərdə iştirak etməməsi müəllimlərin də dərslərə iştirakına mənfi təsirini göstərir.

 Qarşı tərəfin mövqeyini öyrənməyə cəhd etsək də, telefon zənglərimizə cavab verilmədi.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi