“Gold Baku” şefinin oğlu deputata qarşı:

“Gold Baku” şefinin oğlu deputata qarşı: Ağcabədidə müəmma…

82 saylı Ağcabədi seçki dairəsində sürpriz nəticə qeydə alına bilər. Bu barədə Reportyor.info-nun əldə etdiyi məlumatda qeyd olunur.

Bu dairədə əsas namizəd deputat Tahir Rzayev göstərilsə də, gözlənilməz və çoxlarının diqqətini çəkməyən bir gənc mandat qazana bilər.

İddialara görə, bu dairədən bitərəf namizəd Qasım İbrahimov təbliğat kampaniyası üçün kisənin ağzını açıb. Bu da səbəbsiz deyil.

Onun atasının biznesmen, Bakıda 3-cü mikrorayon dairəsində yerləşən “Gold Baku” şadlıq sarayının sahibi olduğu bildirilir.

Bu seçkiyə qədər Q.İbrahimovun adı heç bir ictimai fəaliyyətdə, hansısa siyasət meydanında çəkilməyib.

Lakin bu seçkilərə baş vuraraq, deyəsən, əyləncənin ünvanını dəyişmək niyyətindədir. Görünür, hər gün restoranlar, əyləncələr biznesmen oğlunu darıxdırıb və atasının maliyyəsinə güvənərək deputatlıq eşqinə düşüb.

Ona görə də Q.İbrahimov böyük xərc çəkərək təbliğatını, piarını aparır, özünü milləti dərdini çəkən namizəd kimi təqdim edir.

Çox maraqlıdır ki, bu dairədə Tahir Rzayev deputat olub və hakimiyyətin ona “stavka” etdiyi söylənir.

Lakin T.Rzayev də Ağcabədi seçicilərinə biganə olub, onların problemlərinə can yandırmayıb. Odur ki, bu dairədən kimin qalib çıxacağı sual altındadır. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi