Gömrük generalı ilə bağlı qərar verildi

Gömrük generalı ilə bağlı qərar verildi 

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsindəki həbs qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

 Ehtiram Xəlilov barəsində birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

 Xatırladaq ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

  Səbail Rayon Məhkəməsinin qərarı ilə Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi