Ehtiram Xəlilovun həbsi təşvişə səbəb olub -İDDİA
“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılması və barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi gömrükçülər arasında təşvişə səbəb olub.
Qeyd edək ki,general-mayor rütbəsini 11 il əvvəl- 25 yanvar 2011-ci il tarixində alan Ehtiram Xəlilov, 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
Bu dövlət mükafatları Ehtiram Xəlilovun iqtidar düşərgəsindəki gücünün görüntüsünün rəsmi tərəfidir.Qeyri-rəsmi tərəfi isə onun yükəsk vəzifəli şəxslərlə çox yaxın münasibətlərə malik olduğunu göstərən məlumatlardır. Belə ki, Ehtiram Xəliovun 2011-ci ildə yeganə övladının toy mərasiminə gələnlər arasında hökumətin əkəsər üzvülərinin, deputatların və çox sayda icra başçısı, prokuror və polis rəisinin iştirakı haqqında məlumatlar var.
Bundan başqa övladının toyundan az sonra Ehtiram Xəlilovun qudası Mahmud Qubadov Qaradağ rayonuna icra başçısının müavini təyin edilməsinə nail olması, onun gücünü göstərirdi.Daha güclü olması isə odur ki, gənclərin nigahı pozulduqdan dərhal sonra Mahmud Qubadov Qaradağ rayonuna icra başçısının müavini vəzifəsindən azad olunur.
Mahmud Qubadovun bu təyinat və işdən çıxarılmasında Kəmaləddin Heydərovun böyük rol oynadığı iddia edilir. Bu arada isə dövlətin ali mükafatlarına layiq görülmüş və hökumətin əksər üzvüləri ilə şəxsi münasibətləri olan bir generalın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmasını gömrükçülər qorxu içində qarşılayıblar.Gömrükçülər Ehtiram Xəlilovun həbsinin 200 min manat rüşvətlə bağlı olmadığını da düşünürlər.Onlar arasında belə bir fikirlər var ki, məsələ sadəcə rüşvət almaq olsaydı bu işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həyata keçirdərdi.
Çünki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərovun həbsini də sistemdə Ehtiram Xəlilovun saxlanılmasından sonrakı nəticələrdən biri hesab edirlər. Gömrükçülər Ehtiram Xəlilov ətrafında əməliyyatı gömrükdə “təmizlənmə” nin başlanğıcı hesab edirlər.
Onu da qeyd edək ki,xidmətə 1997-ci ildə başlayan Ehtiram Xəlilov 2000-ci ildə Enerji Gömrük idarəsinin Liman Gömrük postunun rəisi, 2003-cu ildə Enerji Gömrük idarəsinin Səngəçal postunun rəisi, 2003-2013-cü illərdə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, 2013-2018-ci illərdə isə Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifələrində çalışıb. O,2018-ci ildə "Azərterminalkompleks" birliyinin direktoru vəzifəsinə təyin edilib.Belə yüksək vəzifələrə təyin edilmiş,DGK 25 illik xidməti olan bir generalın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılması, haqqında 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilməsi,Səbail rayon məhkəməsinin qərarından apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən rədd edilməsi isə vəziyyətin ciddiliyindən xəbər verir.
Faktinfo.az xəbər verir ki,bu barədə məlumatı Sozcu.info yayıb.Saytın məlumatında o da bildirilir ki,Ehtiram Xəlilovun həbsi ilə bağlı istintaqın dairəsi genişlənib. Bir çox məmurların istintaqa çağrıldığı və ya çağrılacağına dair iddialar var.Bu məlumatları diqqətdə saxlamağa və oxuculara çatdırmağa çalışacağıq -deyə, sayt yazır.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın