Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzarətsizliyi nəticəsində...

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzarətsizliyi nəticəsində... -Nazirə müraciət edildi-Fotolar

Göyçay rayonu Şəhadət kənd sakini Şıxəliyev Qismət Əsgər oğlu tərəfindən Faktinfo.az-a göndərilən şikayət məktubunda Göyçay rayon Bığır kənd 1№-li tam orta məktbin direktor müavini Rakif Hacıyevə məxsus mağazanın fəaliyyətinə görə,Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi günahkar bilinir.

Faktinfo.az saytına göndərilmiş şikayət məktubundan:

"Göyçay rayon Bığır kənd 1№-li tam orta məktbin direktor müavini Rakif Hacıyevə  məxsus toxum, mineral gübrə, şitillərin topdan və pərakəndə satışı mağazası və  baytarlıq aptekləri kənd təsərrüfatına, fermerlərə, kəndlilərə küllü miqdarda ziyan vurur, qanunsuz fəaliyyət göstərir.

Belə ki, mənim həyətyanı torpaq sahəmdə 200 ədəd müxtəlif meyvə ağacları var. Həmin ağaclara bit düşdüyü üçün  Rakif Hacıyevə məxus Göyçay şəhərində yerləşən mağazaya üz tutdum.Bit qarşı keyfiyyətli dərman adı ilə mənə verilən mayeni deyildiyi kimi ağcalarıma səpdim.

Bir gün sonra əks reaksiya verdiyini və ağacların sürətlə saralmasını, qurumasını gördüm.Dərhal həmin mağazaya gedib baş verənləri danışdım.Gəlib baxıb etiraf etdilər ki, dərmanı səhv veriblər.

 Göyçay rayon Bığır kənd 1№-li tam orta məktbin direktor müavini Rakif Hacıyevin səhvinə görə mənim 200 ədəd meyvə ağacım quruyub məhv oldu.Buna görə mənə küllü miqdarda ziyan dəydi. Həmin dərman nəinki ağaclarımı qurutdu, hətta torpağı da yararsız hala saldı.Mənim şikayət edəcəyimdən narahatlıq keçirən Rakif Hacıyev  2000 manat pul versədə qalan pulumu vermək istəmir.Hansı ki, Rakif Hacıyevin səhlənkarlığı, özbaşnalığı nəticəsində mənə dəymiş zərər küllü miqdardadır.Çünki həmin 200 ədəd ağac mənə ildə 5-6 min manat arası qazanc verirdi.Bu isə 20 ilə vurulanda küllü miqdarda edir.

Qeyd edim ki, Göyçay rayonunda Rakif Hacıyevə məxsus 5 ədəd toxum, gübrə dərman maqazini, 3 ədəd isə baytarlıq apteki fəaliyyət göstərir. Rakif Hacıyev insanları aldatmaqla özünə səltənət yaradıb.

Mənim himayəmdə 3 azyaşlı övladım var. Yeganə gəlir yerim hər il bu ağacların meyvəsini satıb əldə etdiyim pul idi.İndi isə, Göyçay rayon Bığır kənd 1№-li tam orta məktəbin direktor müavini Rakif Hacıyevin səhlənkarlığına, özbaşnalığına görə, 5 nəfərlik ailəm aclıq içində yaşamağa məhkum olacaq.

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzarətsizliyi nəticəsində Göyçayda belə bir yaramaz insan qanusnuz fəaliyyətlə məşğul olur, insanlara, kənd təsərrüfatına ziyan vurur.Çünki, Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi öz işinin öhdəsindən gələ bilmir.

Mən çörəyi əlindən çıxmış, ailəsi aclığa məhkum olunmuş zəhmətkeş kəndli mətbuat vasitəsi ilə Prezident İlham Əliyevdən, Baş Prokuror  Kamran Əliyevdən,Kənd Təsərrüfatı Naziri  İnam Kərimovdan xahiş edirəm ki,Göyçayda qanunsuz fəaliyyət göstərən, insanlara ziyan vuran, Göyçay rayon Bığır kənd 1№-li tam orta məktəbin direktor müavini Rakif Hacıyevin qanunsuz fəaliyyətini yoxlayıb, barəsində qanunu tədbirlər görülməsinə göstəriş verəsiniz" .

Mövzuya qayıdacağıq.

Faktinfo.az

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzarətsizliyi nəticəsində...Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzarətsizliyi nəticəsində...Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzarətsizliyi nəticəsində...Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzarətsizliyi nəticəsində...Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzarətsizliyi nəticəsində...Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzarətsizliyi nəticəsində...Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzarətsizliyi nəticəsində...Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzarətsizliyi nəticəsində...
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi