Gözlənilir ki, 10-15 % kənd insanı islahat torpaqlarını əkməsin, subsidiya da almasın – SƏBƏB
Bu barədə Faktinfo.az saytının əldə etdiyi məlumatda bildirilir.
Bu onunla izah olunur ki, bölgələrdə subsidiyanın həcmini hesablayan Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) Dövlət Aktı olan torpaq sahiblərini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış almaları üçün sistemdə yönləndirmə etmələri ilə bağlıdır. Yəni azı 10-15% torpaq sahibi DAİM-lərə müraciət etdiyi zaman adı sistemdə çıxmayıb, onların Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış gətirməsi tələb olunub.
Rüsumu 50 manat olan çıxarış və hektara görə verilən subsidiyanın həcmi
Qeydiyyat kitabında seriya nömrəsi və Dövlət Aktı olan torpaq sahiblərinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış almaları üçün isə 50 AZN ödəmələri lazım bilinib.Qayıdaq 2023-cü ildə əkilmiş və ya əkiləsi islahat torpaqlarına görə fermerlərə verilən subsidiyanın həcminə.
Azərbaycanda torpaq islahatı aparılan zaman 99% kənd əhalisinə 0,40ha, 38ha, 37ha, 28ha, 24ha və daha az torpaq sahəsi düşüb. Yəni, torpaqların islahat zamanı (Allah Heydər Əliyevə rəhmət eləsin, torpaq islahatı prosesi bir-iki ilə münaqişəsiz və ziddiyətsiz yekunlaşdı. Rüsumsuz torpaqlar xalqın istifadəsinə verildi. İndi bu iş İqtisadi İnkişaf Nazirliyinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rayon torpaq şöbələrinə həvalə olunsaydı “mars”dan da sənəd gətirilməsi tələb olunardı.)bir şəxsə düşən torpağın ərazisi heç 0,5 hektar sahə deyil.
Bu ildən isə buğda subsidiyasının həcmi hektara görə 220 manat təyin edilib. 0,37 hektar buğda sahəsi üçün verilən subsidiyanı hesabladıqda isə məlum olur ki, torpaq sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən 50 AZN verib çıxarış almaq sərf etməyib və bu səbəbdən də 10-15% kənd əhalisi 2023-cü ilin məhsul mövsümü üçün torpaqlarını əkməkdə maraqlı olmaya bilərdilər. Buna dair xırda bir əsaslandırma:
1 hektar buğda sahəsinə görə 220 AZN subsidiya verilir. Torpaq islahatı zamanı 1 hektar torpaq sahəsi isə heç bir şəxsə düşməyib. Yaxşı halda bir şəxsə düşən torpaq sahəsini 0,37 hektardan götürsək, 0,37x220=81AZN edir. Bu məbləğin 25%-i, yəni 20 manatı kart üzərindən nağd çıxarılır. Subsidiyanın 0,37 hektara görə verilən 75%-i isə gübrə şəklində verilir. Deməli, bir az yuxarıda qeyd etdiyimiz 81-20=61AZN.
61 manata isə heç 1 kisə şumaltı gübrə düşmür. Düşsə-düşsə 61 manata 20 AZN kartda qalıq qalmaqla 1 azot gübrəsi almaq olar. Sual olunur: Subsidiyanın 0,37 hektar buğda sahəsi üçün həcmi budursa, imkanı olmayan kənd zəhmətkeşi 50AZN verib Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən islahat torpağına çıxarış almaq imkanındadırmı, buna maraqlıdırmı? Hələ 0,37 hektar torpaq sahəsi 50%-dən çox torpaq mülkiyyətçisində yoxdur. Bura aqrar Sığorta Fondunun istehsal edilən məhsula görə, sığorta tələbini, DAİM-lərin xırda şirinlik istəyini və ya düzgün hesablamamağını, kənd insanının rayona get-gəlini də əlavə etsək, təsəvvür edin torpaq mülkiyyətçiləri nə çəkir.
İndi görün, İnam Kərimovun kənd təsərrüfatı siyasəti nə səviyyədədir, İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rüsum siyasəti nə yerdədir, bunun təsdiqinə səs verən millət vəkillərimiz nələri görməzdən gəlirlər.
FAKTİNFO.AZ
Bu xəbər üçün şərh yazın