Gürcü müəllifinin qələmə aldığı əsərdə erməni saxtakarlığı ifşa olunur

Gürcü müəllifinin qələmə aldığı əsərdə erməni saxtakarlığı ifşa olunur 

Erməni millətçiləri davamlı olaraq təxribat xarakterli çıxışlar edərək öz məkrli niyyətlərini həyata keçirməyə çalışırlar.

    Bu baxımdan onların bu yaxında daha bir təxribat xarakterli müsahibəsi qeydə alınıb. Belə ki, 2022-ci ilin oktyabrın 5-də erməni əsilli milyarder Ruben Vardanyan “Armenia Today” informasiya agentliyinə verdiyi müsahibə zamanı erməni xalqına çağırış edərək “Artsax”ın “təhlükəsizliyini təmin etmək üçün” hər kəsi birləşməyə çağırıb. R.Vardanyan sözügedən müsahibəni Qlobal İnformasiya Forumu zamanı jurnalistlərə verib [1].

      Qeyd etmək yerinə düşər ki, erməni millətçiləri Qarabağı yenidən “Artsax” kimi qələmə verərək, azərbaycanlılara aid əzəli torpaqların guya “təhlükəsizliyini təmin etməyə çalışdıqlarını” dilə gətirirlər. Halbuki yalanın ayaq açmağı heç də onun həmişə yeriyə biləcəyi anlamına gəlmir. Belə bir sual ortaya çıxır: Necə ola bilər ki, Azərbaycanın əzəli torpaqlarını uzun illər boyu əsarət altında saxlayan, oradakı azərbaycanlılara qarşı misli görünməmiş qətllər törədən və həmin yerlərin alban abidələrini dağıdaraq, saxtalaşdıraraq öz adlarına çıxarmağa cəhd edən işğalçı Ermənistan birdən-birə “regionun təhlükəsizliyinin təminatçısı”na çevrilir? Təbii ki, belə bir məqamdan da yenə Ermənistanın heç dəyişməyən əvvəlki “dəsti-xətti” görünür. Erməni millətçilərinin “Böyük Ermənistan” arzusu bu dəfə də fərqli obrazda bizə təqdim olunur. Məqsəd yenə dəyişməz olaraq qalır. Erməni millətçiləri yenə dünyanı öz yalanlarına inandırmağa cəhd edirlər. Sual olunur ki, nağıl, əfsanə, rəvayət və ya mif necə reallıq ola bilər? Belə bir şey qeyri-mümkündür. Bunun adı sadəcə erməni xəstəliyidir.

      Erməni millətçilərinin fikrinə görə, bütün mübahisələrdə yeganə haqlı tərəf olanlar ancaq onlardır. Məlum bir faktın göz qabağında olmasına baxmayaraq, erməni millətçiləri məkrli niyyətlərindən ötrü yeri gələndə orjinal tarixi sənədləri də saxtalaşdıraraq ona-buna sırımağa cəhd edirlər. Gürcü müəllifi Quram Marxuliya həmmüəllifi olduğu “Çox səbirli Ermənistan: miflər və reallıqlar” adlı əsərində erməni millətçilərinin Azərbaycanın, eləcə də Cənubi Qafqazın mədəni irsini öz adlarına çıxarmaq cəhdini təsdiq edir [2].

 

      Bir çoxları ermənilərin Şərqi Anadoludakı türk torpaqlarına olan iddialarının legitimliyinə haqq qazandırmağa çalışırlar. Bu insanlar sadəcə olaraq belə tələblərin xalqların hüquqlarını və beynəlxalq hüquq normalarını pozduğuna məhəl qoymurlar, çünki əslində bu torpaqlarda ermənilər yaşamayıblar. Erməni separatçılarının əksəriyyəti 1915-ci ildə Osmanlı İmperiyası ilə məkrli niyyətlərindən ötrü müharibə aparıblar. Bu faktı Ermənistanın milli liderləri də dəfələrlə təsdiq ediblər. Vətəndaş müharibəsinin başlamasına səbəb olanlar da erməni separatçıları idi. Onlar bu yolla Şərqi Anadoluda, əsasən də Van şəhərində yaşayan bir çox müsəlmanların ölümünə səbəb oldular [2].

      Erməni separatçıları məqsədyönlü şəkildə tarixi istədikləri kimi təhrif edərək, ermənilərin Şərqi Anadolu ərazisinə iddialarının qanuniliyini saxta sənədlərlə əsaslandırmağa çalışırlar. “Erməni yazar”ları tərəfindən qələmə alınan hər bir əsərdə hay xalqına məxsus reallığa uyğun olmayan tarixi portretlər təsvir olunur. Erməni təxribatçıları hətta hayların guya Nuhun birbaşa nəsli olmasını isbat edən uydurulmuş “Ararat əfsanəsi”ni dilə gətirirlər [2]. Lakin “erməni yazarları”nın bu cür saxtakarlıq cəhdi də uğursuzluğa məhkumdur. Çünki reallıqda həqiqət tamamilə fərqli görünür. Görünüşə görə, saxtakar “erməni tədqiqatçıları” özlərini haqlı çıxarmaq üçün hər növ bəhanədən istifadə etməyə hazırdırlar.

     Saxtakar “erməni yazarları” hər zaman öz məkrli niyyətlərinə “haqq qazandırıblar”. “Erməni tədqiqatçıları”na məxsus hər bir mücərrəd ideya tarixin saxtalaşdırılmasına yol açır. Həqiqətdən xəbəri olmayan başqa bir erməni tədqiqatçısı isə kor-koranə şəkildə həmin mücərrəd “erməni ideyası”na istinad edir. Rus yazıçısı Çexovun belə bir gözəl fikri var: “Yalan meşəyə bənzəyir. Meşənin dərinliyinə girməyə davam etdikcə, oradan çıxmaq bir o qədər daha da çətin olur”.

      Məşhur gürcü ziyalısı Bondo Arveladze 2010-cu ilin fevralın 10-da Gürcüstanda 1news.az informasiya agentliyinə verdiyi müsahibəsində belə bir fikir səsləndirir: “Əllərində qələmlə silahlanmış qondarma “erməni alimləri” hücuma keçərək əzəli gürcü torpaqlarının və bütün tarixi abidələrin ermənilərə aid olduğunu elan etməyə çalışırlar. Yeri gəlmişkən, ermənilər təkcə Gürcüstan torpaqlarına deyil, həm də Azərbaycan torpaqlarına da iddia edirlər. Xalqlarımızın yaratdığı bütün mədəni dəyərlər, belə çıxır ki, ermənilərin yaradıcılığının bəhrəsidir! Məsələn, Tao-Klarcetinin və onun memarlığının, həmçinin, qədim alban memarlığının ermənilərə aid olduğunu elan edirlər. Bu tip “erməni alimləri”nin ləyaqətsiz əməlləri yeni hadisə olmasa da, belə “yaradıcılığa” göz yummaq onların əcdadlarının xatirəsini unutdurmağa bərabərdir” [3].

İstifadə olunmuş mənbələr:

  • Рубен Варданян призвал объединиться для обеспечения безопасности Арцаха /05.10.2022/ https://armeniatoday.news/republicofartsakh-ru/535227/
  • Гурам Мархулиа, Шабнам Нуриева. «Многострадальная Армения»: мифы и реальность. Баку 2011. Стр. 344.

 Бондо Арвеладзе: «Все культурные ценности, созданные нашими народами, оказывается, плоды творения


Kamal Salayev

AMEA-nın Qafqazşünaslıq İnstitutunun

Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi