Gürcüstan prezidenti müxalifətin tərəfinə keçdi
Gürcüstanda müxalifətin mitinqi demokratik proseslərin və xalqın seçki pozuntusuna qarşı reaksiyasının göstəricisidir.
Bunu BBC-nin Rusiya Xidmətinə müsahibəsində Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.
“Seçkidəki situasiya ən yaxşı hal deyildi. Çoxlu pozuntular oldu ki, xalq da buna indi öz neqativ münasibətini göstərir. Mitinq demokratik prosesdir” – deyə o bildirib.
Qeyd edək ki, bu gün Tiflisdə müxalifət tərəfdarları seçkinin nəticələrinə etiraz olaraq aksiyalara başlayıb.Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın