Gürcüstanda "qanuni oğru"lara qarşı əməliyyat keçirilib - 13 nəfər saxlanılıb
Gürcüstanda "oğru dünyası" ilə əlaqəli 13 şəxs saxlanılıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmin şəxslər Tbilisi, Telavi və Kutaisidə həyata keçirilmiş xüsusi əməliyyatlar zamanı yaxalanıblar.
Saxlanılan şəxslərdən 4 avtomobil və silah-sursat maddi sübut kimi müsadirə edilib. Onları 7 ildən 10 ilədək həbs cəzası gözləyir.
Bununla yanaşı, xaricdə yaşayan "Qlexoviç" ləqəbli gürcü "qanuni oğru"ya qiyabi ittiham irəli sürülüb./Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın