Hacıbala Abutalıbovun kreslosunda onun da gözü var
Bakı şəhər İcra Hakimiyyətinin başçısı olmaq istəyən şəxslərin arasında Razim Məmmədovun da adı artıq hallanır.
Faktinfo.az saytına danışan şəxsin məlumatına görə, Razim Məmmədov əmindir ki, bu yaxınlarda Hacıbala Abutalıbov digər vəzifəyə təyinat alacaq. BŞİH rəhbəri kreslosunda da özünü sınamaq istəyən Razim Məmmədov hesab edir ki, bu posta real namizədlərdən biri də odur. Bu səbəbdən artıq o özünü bu vəzifəyə kökləmiş, vəzifə pilləsində bir addım qabağa çıxmaq aurasındadır.Maraqlı olan da odur ki, BŞİH-nin başçısı olmaq arzusunda olan, müəyyən dairələrdə bunu gizlətməyən şəxslər elə hazırki icra başçılarıdır. İri şəhər və aparıcı rayonlara rəhbərlik edən şəxslər hesab edirlər ki, Hacıbala Abutalıbovdan yaxşı işləyib, daha çox iş görə bilərlər.
Əslində isə elə deyil və humanizm prinsipinə həmişə sadiq qalan professor Hacıbala Abutalıbov Bakı şəhəri üçün kifayət qədər işlər görüb. Onun abadlıq və quruculuq işlərinə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında başlaması çoxlarına nümunə ola bilər,o cümlədən, R. Məmmədova. Razim Məmmədovun Xətai rayonunda yaşıllıqların məhv edilməsinə, ağacların kəsilərək yerində iri obyektlər tikilməsinə göz yumması və ya dolayısı yolla belə hərəkət edən şəxsləri himayə etməsi isə pis bir nümunədir. Təkcə, Əhmədli metro stansiyasından 100 metr kənarda- Məhəmməd Hadi küçəsi, 1, 3, 9 və həmin sırada olan binaların yola aid hissəsində eni 20 metr, uzunluğu 100 metrlərlə ölçülən yaşıllıq zolağının qırılaraq, yerində obyekt və mağazalar tikilməsi sadaladığımız 100 nümunədən biridir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın