HACIYEVİN XANIMI MİLYONLARI HARA XƏRCLƏYİB? - Şok faktlar açıldı

HACIYEVİN XANIMI MİLYONLARI HARA XƏRCLƏYİB? - Şok faktlar açıldı 

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Böyük Britaniyada yerləşən “Harrods” mağazasında 10 ildə 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. Bu barədə BBC məlumat yayıb.

Saytın yazdığına görə, o, ödənişləri ərinin bankının 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib.

Xanım Hacıyevanın bu qədər məbləğı nələr aldığı da açıqlanıb.  Keçmiş banki arvadı lüks zinət, ətir və saat markası olan Boucheron-da bir gün ərzində 150.000 funt (197290.50 dollar) xərcləyib.

Картинки по запросу Harrods

Növbəti gün o, şərab zirzəmisi üçün 1800 funtluq (2367.49 dollar) alış-veriş edib. Başqa bir gün o, Cartier zinət əşyalarına 100.000 (131527.00 dollar) və lüks kişi geyimlərinə 20.000 funt (26305.40 dollar) xərcləyib.

Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb.

Картинки по запросу Gulfstream G550

Z. Hacıyevanın Londonda yerləşən bu məşhur mağazanın yanında evi də var. Xanım həmin evi 11.5 milyon funt sterlinqə alıb (15.13 milyon dollar).Londonun ən bahalı yerlərindən hesab olunan bu ərazidəki ev hazırda 15 milyon funt sterlinq (19.74 milyon dollar) dəyərində qiymətləndirilir.

2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını – Mill Ride Golf Club-u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.

Картинки по запросу Mill Ride Golf Club

 

Bu faktlar Böyük Britaniya hökumətinin korrupsiya ilə mübarizə çərçivəsində ortaya çıxıb. Ali Məhkəmə araşdırmaların mərkəzinə düşən Z. Hacıyevadan ərvətinin mənbəyini izah etməyi tələb edib. Əgər o bunu edə bilməsə, öz əmlakını itirmək riski ilə qarşı-qarşıyadır.

Böyük Britaniya tarixində ilk “İzahedilməmiş Sərvət Sərəncamı”nın şərtlərinə əsasən, 55 yaşlı Zamirə Hacıyeva, əri Cahangir Hacıyev ilə birgə Milli Cinayət Agentliyinə hesabat verməlidir ki, Londonun bahalı Knightsbridge bölgəsində böyük bir evi hansı maliyyə hesabına alıb.

Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyi xanım Hacıyevaya Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq izni verib.

Eks-bankirin arvadı ittihamları rədd edib. Zamirə Hacıyeva “İzahedilməyən Sərvət Sərəncamı”nı mübahisələndirərkən deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri sayəsində müstəqil var-dövlət qazanmış qanuni iş adamı olub.

Jahangir Hajiyev

Lakin Milli Cinayət Agentliyi məhkəməyə deyib ki, cənab Hacıyev 1993-2015-ci illər ərzində dövlət rəsmisi olub və buna görə də sərvət təhqiqatçılarının ortaya çıxardığı var-dövlətə sahib olmaq üçün imkanı olmamalı idi.

Xatırladaq ki, Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının keçmiş sədridir.

O, 2016-cı ildə böyük dələduzluq və yeyintinin bir hissəsi olmaqda ittiham edilərək 15 il müddətinə həbs edilib. Onun rəhbərlik etdiyi bankdan on milyonlarla manat pul yoxa çıxıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər