HƏP-in qeydiyyatı ilə bağlı müraciəti araşdırılır- Zəlimxan Məmmədli
Ədliyyə Nazirliyi Haqq Ədalət Partiyasının yenidən qeydiyyatı ilə bağlı müraciətini araşdırır.
Bu barədə Qaynarinfo.az-a partiyanın Ali Məclisininn sədri Zəlimxan Məmmədli məlumat verib.
Onun sözlərinə görə, nazirlikdən ona da zəng olunub:
"Yerlərdə olan üzvlərimizə Ədliyyə Nazirliyindən zəng olub. Zəng olunanların əksəriyyəti partiyamızın üzvü olduğunu təsdiqləyib. Ümid edirik ki, HƏP bu mərhələni uğurla keçəcək. Çünki qanunun tələblərinə çox ciddi yanaşmışıq. Təqdim etdiyimiz 5546 imzanı bir neçə mərhələli daxili yoxlamalardan keçirilmiş və səliqəli şəkildə nazirliyə təqdim etmişik”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın