İcra başçılarının yeri dəyişdirildi- Sərəncam
Prezident İlham Əliyev Siraqəddin Cabbarovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Faktinfo.az xəbər verir ki, sərəncama əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Digər bir sərəncamla, Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, İlham Əliyev digər sərəncamlarla Siraqəddin Nəcəf oğlu Cabbarovu Sabirabad rayonunun icra başçısı, Nazim Mehdi oğlu İsmayılovu isə Saatlı rayonunun icra başçısı təyin edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın