Hərbi ekspert ƏƏSMN rəhbərliyinə səsləndi:

Hərbi ekspert ƏƏSMN rəhbərliyinə səsləndi: "Siz azərbaycanlısınlz, ya bu xalqa düşmən olan digər millətlərin nümayəndələri?”

Mən burada o uzun və bir qədər də şablon cavabı səsləndirib sizləri yormaq istəmirəm.

Sözüm ƏƏSMN-nin savadsız və bivec rəhbərliyinə və onların yalançı, təxribatçı və hərbidən bixəbər olan  Fazil Talıblı və digər vəzifəli şəxslərinədir. Bəs nə oldu, ay yalançı təxribatçılar? Deyirdiniz ki, guya siz nazirlik olaraq başqa yerə müraciət etməmisiniz hərbi qulluqçuların pensiya işi ilə əlaqədar? Hörmətli zabit dostlarımızdan birinin haqlı olaraq yazdığı kimi "oturduqları yerdə" Konstutusiya Məhkəməsi 15 may 2020-ci il tarixli qərarını verərək "Əmək pensiyaları haqqında" Qanuna nədən dəyişiklik etdi? Kimin hansı yeri və ən əsası nəyə görə "qaşındı" ki, gedib KM Pleniumuna yazılı müraciət etdi?.. Ay uşaq, ay ordunun nə olduğunu anlamayan adı nazirlik olub, fəaliyyəti insanları hakimiyyətədən və dövlətdən açıq şəkildə narazı salmaq olan qurumun nümayəndələri! Sizin ümumiyyətlə məqsədiniz və məramınız nədir? Siz başa düşürsünüzmü ki, yaxın illərdə sizin bu axmaq və yersiz hərəkətləriniz və addımlarınız Azərbaycan adlı dövləti və onun Silahlı Qüvvələrini, ordusunu çox böyük problemlərlə, çətinliklərlə üz-üzə qoyacaq?! Siz azərbaycanlısınlz, ya bu xalqa düşmən olan digər millətlərin nümayəndələri?”.

 Pravda.az-ın xəbərinə görə, bunu hərbi ekspert Üzeyir Cəfərov bildirib.

 

“Siz elə düşünməyin ki, biz o 5-10 manatın davasını edirik. Biz sizin kimi maddiyata bağlı olsaydıq, vallah, indi hərəmiz bir böyük biznes və mal-mülkün sahibləriydik. Buna bizim bacarığımız da, qabiliyyətimiz də, ən əsası fiziki və mənəvi imkanlarımız da imkan verir. Ay pul hərisləri! Siz çox cılız və düşmən yanaşmanız ilə Azərbaycan adlı dövləti çox pis vəziyyətə qoyursunuz. Ayılın. Ordunun, Silahlı Qüvvələrin haqqına girməyin. Bu  çox yanlış və zərərli yoldur. İnanın ki, bu xəlvəti, tülkücəsinə atdığınız yanlış addıma görə xalq və millət bir yaxın zamanlarda sizdən hesab istəyəcək. Onda artıq çox gec olacaq. Buradan ölkəmin və dövlətimin cavabdeh vəzifəli şəxslərinə səslənərək deyirəm: durdurun bu cavan və səriştəsiz şəxslərin yanlış və zərərli addımlarını. Adı millət vəkili olan deputatlardan xahiş və tələb edirəm ki, Milli Məclisin güc strukturları ilə bağlı müvafiq profil komitəsi də bu ciddi narazılığı və narahatlığı nəzərə alsın” – Ü.Cəfərov qeyd edib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi