Heydər Əliyev Ankarada Şuşa salonunda anılıb -

Heydər Əliyev Ankarada Şuşa salonunda anılıb - FOTOLAR

Bu gün Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) Şuşa salonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.


Report.az-ın  məlumatına görə, tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Türkiyəyə işgüzar səfər edən Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin təşkilatçılığı ilə baş tutub.

Anma mərasimində TADİV-in rəhbəri, professor Aygün Əttar, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Azəri-Türk İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Türkiyə prezidentinin müşaviri Mücahit Küçükyılmaz, Türkiyə Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsinin rəisi Əhməd Türköz, Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfüqar çıxış ediblər.

Çıxışçılar Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan dövlətinin keçdiyi inkişaf yolundan, Azərbaycanın xarici ölkələrlə, xüsusilə Türkiyə ilə əlaqələrində Ümummilli Liderin yürütdüyü düzgün siyasətdən bəhs ediblər. Heydər Əliyevin elm, təhsil, müdafiə sənayesi, enerji təhlükəsizliyi, infrastruktur, inşaat, ətraf mühit sahələrində həyata keçirdiyi layihələrdən, milli-mənəvi dəyərlərimizi qorumasından danışılıb.

Tədbirin sonunda bədii proqram keçirilib. Heydər Əliyevin sevdiyi mahnılar ifadə olunub.

Qeyd edək ki, azərbaycanlı nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçiriləcək anım tədbirində iştirak etməklə yanaşı və dağıdıcı zəlzələyə məruz qalan Kahramanmaraş bölgəsini ziyarət edəcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi