İcra başçılarının 1-ci müavini sərəncamla təyin edilsin – Təklif
Əgər müxtəlif dövlət qurumlarında ixtisarlar aparılırsa,struktur dəyişiklikləri həyata keçirilirsə, rayon və şəhər icra hakimiyyətləri də bu prosesdən kənarda qalmamalıdır. Bir neçə şöbələr birləşdirilməlidir.
Məsələn, Kadrlar şöbəsini Ərazi İdarəetmə Orqanları üzrə şöbəyə birləşdirib vahid şöbə yaratmaq olar. Çünki, RİH-lərdə onlarla lazımsız ştatlarda oturan vəzifəlilərimiz dövlət büdcəsinə yükdür, sahibkarlığa maneədirlər.İcra hakimiyyətlərində təhsilə,mədəniyyətə,səhiyyəyə “baxan”çoxsaylı təlimatçılar kimə lazımdır? Vəzifələri RİH-də oturub öz çıxarları qarşılığında “maklerlik” edən belə şəxslərin ideya və təşəbbüsləri də yoxdur. “Ayım gəlsin, günüm keçsin” düşünənlərlə vidalaşmağın vaxtı çoxdan çatıb.
Digər önəmli olan məsələ isə RİHB-nin 1-ci müavinləri ilə bağlıdır. İcra başçıları kimi,onlar da sərəncam ilə təyin olunsalar daha yaxşı olar. Bunun da başlıca səbəbi ondan ibarətdir ki, rayonlarda 1-ci şəxsdən asılı olan 1-ci müavinlər vəzifələrinin qorunub saxlanması qarşılığında icra başçılarının bütün tələblərinə qatlanmaq məcburiyyətində qalırlar.Bu da ona gətirib çıxarıb ki, artıq bir çox rayonlarda rayon icra başçıları əhalinin nəzərində ali şəxs, 1-ci müavinlər yırtıcı, çapoulçu, qolçomaq kimi formalaşıb.Lazım gəldikdə işdən qovulan da 1-ci müavinlər olur.
Əgər 1-ci müavinlər də sərəncam ilə təyin olunarsa, rayon icra hakimiyyəti başçılarından asılılıqları olmaz və sərəncamla təyin olunduqları səbəbindən məsuliyyətləri artar, əhalini də narazı salmazlar.
Bu xəbər üçün şərh yazın