İcra başçısı Şirvan Milli Parkının ərazisini Ceyhun Həsənova icarəyə verib?
Salyanın icra başçısı Sevindik Hətəmov hektarı 2 manatdan Ceyhun Həsənovun pomidor yetişdirən müəssisəsinə icarəyə verib.
Yeniavaz.com “Meydan TV”yə istinadla xəbər verir ki, bu barədə Ecofront” təşkilatının rəhbəri Cavid Qara məlumat yayıb:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi torpaq alveri edir. Bu dəfə artıq milli parklar- xüsusi mühafizə olunan təbiət əraziləridir. 7 min hektara yaxın ərazini oliqarx sahibkarlarla razılaşdırıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından çıxarıb Kənd Təsərrüfatı Nazirliyinə, icra hakimiyyətlərinə təhvil verməyə hazırlaşırlar. Bunun üçün Nazirlər Kabinetinə müraciət ediblər”.
Ekofəalın sözlərinə görə, Şirvan Milli Parkından 2 min hektar, Qızılağac Milli Parkından 4 min hektar, Qarayazı Dövlət Təbiət Qoruğundan isə min hektara yaxın ərazini “satışa” çıxarıblar.
“Bu yaxınlarda eyni üsulla Şirvan Milli Parkından 518 hektar torpaq sahəsini Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Ceyhun Həsənova veriblər. Salyanın icra başçısı Sevindik Hətəmov həmin ərazini hektarı 2 manatdan 99 illiyə Ceyhun Həsənovun pomidor yetişdirən müəssisəsinə icarəyə verib. Nazirliyə başqa yerdən tam yararsız şoran torpaq verilib.
Nazirlikdə olan etibarlı mənbəmiz də bunu təsdiqləyib”, – deyə Cavid Qara bildirib.
Faktinfo.az saytı Salyan rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək istəyib,zənglərə cavab verilməyib.
Bu xəbər üçün şərh yazın