İcra başçısı təhsil şöbəsinin müdiri ilə yollarını ayırır

İcra başçısı təhsil şöbəsinin müdiri ilə yollarını ayırır 

Ağdam rayon icra hakimiyyətiin başçısı Vaqif Həsənov Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın vəzifəsindən azad olunması ilə bağlı Təhsil naziri Emin Əmrullayevə məktub göndərib.

Faktinfo.az xəbər verir ki,bununla bağlı məlumat "Yeni Sözçü" qəzetinin redaksiyasına  Ağdam rayonundakı mənbələrdən daxil olub.Məlumatda qeyd edilir ki,Mətanət Misirxanovanın rəhbərlik etdiyi Ağdam rayon Təhsil Şöbəsində aparılan yoxlamalar barəsində bir müddət öncə mətbu orqan yazıb ki,yoxlamaların yekununda Mətanət Misirxanova vəzifəsini itirəcək. Hətta,yekun nəticənin   araşdırılmaq üçün prokurorluğa  göndəriləcəyi də istisna olunmur.
Qeyd edək ki,Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova ötən il iyul ayının 9-da qapalı yerdə  övladına nişan mərasimi keçirmiş və buna görə təhsil nazirinin əmri ilə şiddətli töhmət almışdı. Məhz bu olaydan sonra Mətanət Misirxanovanın tutduğu vəzifəyə uyğun olmaması ilə bağlı məsələ gündəmə gəlmişdi. Hətta həmin hadisəyə görə,Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova da izahat vermək məcburiyyətində qalmışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi