İcra başçısına qarşı ŞOK İTTİHAMLAR - Suraxanıda hektarlarla torpaq sahəsi necə və kimlər tərəfindən ələ keçirilərək, satılıb…

İcra başçısına qarşı ŞOK İTTİHAMLAR - Suraxanıda hektarlarla torpaq sahəsi necə və kimlər tərəfindən ələ keçirilərək, satılıb… 

Bakı şəhər sakini, Hövsan qəsəbəsi, Çöllük küçəsi, ev 45 ünvanında yaşayan Rzayev Rəşid Əbil oğlu, Hövsan qəsəbəsi, Bağça küçəsi, ev 12 ünvanında yaşayan Babayev Vaqif Zaman oğlu və Hövsan qəsəbəsi, Kolxoz küçəsi, ev 28 ünvanında yaşayan Rzayev Hacı Murad Ağabala oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçilər yazırlar:

Hörmətli Prezident!

Bildiririk ki, 11.06.2008-ci ildə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Suraxanı rayonunun Hövsan qəsəbəsində fəaliyyət göstərdiyimiz təsərrüfatların yanında çosaylı adamların gözləri qarşısında guya Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbova verdiyi tapşırığa uyğun olaraq Zığ Dairəsi-Hövsan-H.Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun ətrafında aparılacaq abadlıq işləri ilə əlaqədar yolboyu təsərrüfatların bütün bina və tikililərinin təcili söküləcəyi bildirilib. Elə bu adla da heç bir qanuni əsas olmadan və vaxt-vədə verilmədən birbaşa göstərişi əsasında Suraxanı RİHB-nın 1-ci müavini Hüseyn Həsənovun və Əmlak Məsələləri Dövlət Komitəsinin vəzifəli şəxsi Fəraim Mirzəyevin rəhbərlikləri altında bir qrup şəxs tərəfindən həmin yoldan 500-1500 metr aralı məsafədə yerləşən fəaliyyət göstərdiyimiz bütün təsərrüfatların bina və tikililərinin, anbarlarının bağlı qapılarının qıfılları sındırlıb. Heç bir müvafiq sənəd tərtib edilmədən həmin tikililərdə olmuş şəxsimizə məxsus külli miqdarda əşya, əmlak, material və avadanlıqları soyğunçuluqla talan edib, sonra ağır texnika yeridib bütün tikililəri söküb dağıdıb, təsərüfatlardakı həm dövlətə, həm də şikayətçilərə məxsus olmuş tikinti materiallarını, əşya və avadanlıqları və sair qiymətli əşyaları heç bir müvafiq sənəd tərtib etmədən özlərinə məxsus əşya-əmlak sayaq müəyyən hissəsini yerindəcə nağdı pul verən hər kəsə satıblar. 

Qalanlarını isə özlərinin bildikləri yerlərə daşıtdırıb aparmaları, torpaq sahəsində ev tikmək üçün müraciət etmiş vətəndaşlardan torpaq sahəsinin sənədlərini, o cümlədən torpaq sahəsinin istifadədə, icarədə və ya mülkiyyətdə olduğuna dair sənəd təqdim olunmasını tələb edən Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı İlqar Abbasovun şəxsi maddi marağına görə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək heç bir torpaqayırma sənədi olmayan torpaqlarda üç mərtəbəli şadlıq sarayının və digər qeyri-yaşayış sahələrinin tikintisinə 24.05.2010-cu il tarixli 88 nömrəli qeyri-qanuni icazə Sərəncam verməsi, Hövsan Bələdiyəsinin mülkiyətinə verilməli olan torpaq sahələri, dövlət torpaqları, kommunikasiyalar, o cümlədən yüksək gərginlikli hava elektrik xəttinin mühafizə zolaqları yazılmamış əsaslarla qara bazar qaydaları ilə satıb pullarını mənimsənilib. Dövlətə məxsus sənədsiz torpaqlarda qanunsuz, özbaşına fərdi yaşayış evlərinin tikintisinə qeyri-rəsmi icazələr verilməsi, Hövsan qəsəbəsində Hövsan Olimpiya İdman Kompleksinin yanındakı ərazidə Hövsan Bələdiyyəsinin mülkiyyətinə verilməli olan 12,0 hektar torpaq sahəsinin adı gizli saxlanılan qurumun gizli saxlanlan qərarı ilə Dövlət Neft Şirkətinə fərdi yaşayış evlərinin tikintisi üçün verilməsi və Hövsan 

Bələdiyyəsinin mülkiyyətinə verilməli olan 5,0 hektar torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinnin adı gizli saxlanılan sərəncamı ilə şəhid ailələrinə, müharibə əlillərinə, müharibə veteranlarına verilməsi adı altında Hövsan Bələdiyyəsinə verilərək, sonra da Suraxanı RİH-nin, Bakı ŞİH-nin və Hövsan Bələdiyəsinin rəhbərlikəri tərəfindən qara bazar qaydaları ilə satılıb pullarını mənimsəmələri, Hövsan Bələdiyyəsinin rəhbərliyinin sənədsiz evlərdən, torpaqlardan qeyri-qanuni əmlak və torpaq vergiləri toplaması haqqında uzun illərdir davam edən çoxsaylı şikayətlərimizə Suraxanı rayon prokurorluğu tərəfindən baxılmır.

Suraxanı rayon prokurorluğunun rəhbərliyi Suraxanı RİH-nin rəhbərliyi ilə əlbir şəkildə nə qanunlara, nə Suraxanı rayon məkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının, nə də Bakı şəhər prokurorluğunun qanuni qüvvəyə minmiş qərarları ilə müəyyən olunmuş icrası məcburi olan göstərişləri saya salmır, onlara məhəl qoymur, əməl etmir.

Картинки по запросу HÖVSAN

Belə ki, şikayətimiz əsasında çıaxarılmış Suraxanı rayon məhkəməsinin 22.12.2014-cü il tarixli 6(010)-12/2014 saylı qərarının 3-4-cü səhifələrində deyilir: “...aparılmış ilkin araşdırma nəticəsində Suraxanı rayon prokurorunun böyük köməkçisi İbrahim İsmayılzadənin 27.05.2012-ci il tarixli qərarı ilə AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir”.

Həmin qərardan Rzayev Rəşid Əbil oğlu və qeyriləri Suraxanı rayon məhkəməsinə şikayət vermiş və məhkəmənin 10.10.2012-ci il tarixli qərarı ilə rayon prokurorunun böyük köməkçisi İbrahim İsmayılzadənin 27.05.2012-ci il tarixli qərarı ləğv edilərək material əlavə yoxlama aparılması üçün rayon prokurorluğuna qaytarılmışdır. 133-c-12 saylı materialdan həmçinin görünür ki, rayon prokurorunun böyük köməkçisi İbrahim İsmayılzadə material üzrə əlavə yoxlama apararaq 20.11.2012-ci il tarixdə cinayət işi başlanmasının rdd edilməsi haqqında qərar qəbul etmişdir.

Materialdan həmçinin görünür ki, ilkin yoxlama materialı nəzarət qaydasında Bakı şəhər prokurorluğu tərəfindən tələb edilib öyrənilərkən həmin qərar, məhkəmənin 10.10.2012-ci il tarixli qərarında göstərilmiş, həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən hallar araşdırılmadığından qanunsuz və əsassız hesab edilərək 20.02.2013-cü il tarixli qərarla ləğv edilərək material əlavə yoxlama aparılması üçün rayon prourorluğuna qaytarılmışdır.

Məhkəmənin 10.10.2012-ci il tarixli qərarında isə əlavə yoxlama aparılması barədə göstərişlər – Suraxanı RİH-nin vəzifəli şəxslərinin və söküntü aparmış işçilərinin izahatlarının alınması, söküntünün hansı əsaslarla aparılması, söküntü materiallarının və avadanlıqların hara aparılması, harada saxlanılması, qanunsuz verilmiş torpaq sahələrinə baxış keçirilməsindən ibarət olmuşdur.

Bundan sonra rayon prokurorunun köməkçisi A.Cəfərov tərəfindən əlavə yoxlama aparılaraq Mustafayev Maxmad Musa oğlunun, Bədəlov Elçin Əhməd oğlunun, Babayev Vaqif Zaman oğlunun, Rzayev Hacımurad Ağabala oğlunun Suraxanı RİHB-nın Hövsan qəsəbə nümayəndəsi Əliyev Ağasəlim Balakərim oğlunun izahatları alınmış, Suraxanı RİH-nə və Əmlak Məsələləri Dövlət Komitəsinə sorğular göndərilərək sözügedən göstərişlərlə bağlı arayış tələb edilmiş, sonda cinayət işi başlanmasının rədd edilməsi haqqında 30.04.2013-cü il tarixli qərar qəbul edilmişdir.

Bununla belə Suraxanı rayon məhkəməsinin 10.10.2012-ci il tarixli qərarında göstərilmiş bir sıra göstərişlər öz həllini tapmamışdır.

Belə ki, materialda olan rayon prokurorluğunun ətraflı arayış verilməsi ilə bağlı Suraxanı RİH-nə göndərdiyi sorğuya sonuncu tərəfindən verilmiş 20.04.2013-cü il tarixli 1/494 saylı cavab məktubunda göstərilmişdir ki, Zığ Dairəsi – Heydər Əlyev Beynəlxalq Hava Limanı avtomobil yolununətrafının abadlaşdırılması zamanıdövlətə məxsus yardımçı təsərrüfatların, o cümlədən “Yeni BEMZ” ASC-yə məxus yardımçı təsərrüfatların sökülməsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmışdır.

ƏMDK-nin rayon prokurorluğunun eyni xarakterli sorğusuna verdiyi 24.04.2013-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sözügedən ərazidə abadlıq işlərinin aparılması və yolun genişləndirilməsi məqsədi ilə aparılmışsöküntü işləri Nəqliyyat Nazirliyivə Bakı ŞİH tərəfindən aparılmışdır”.

(Ardı var)

Hazırladı: İ.SABİRQIZI

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi