İcra başçısının 1.5 milyonluq villası üzə çıxdı
Şəmkirin yeni təyin olunan başçısı Rəşad Ənvər oğlu Tağıyevin 1.5 milyonluq villası üzə çıxıb.
Bakının Xəzər rayonunun 230 saylı məktəbinin keçmiş direktoru Elşən Qafarov Rəşad Tağıyev haqda maraqlı paylaşım edib. O əvvəl təhsil idarəsində çalışan Tağıyevin yeni tikdirdiyi milyonluq villasının fotosun paylaşıb. Keçmiş direktor paylaşımında villanın Rəşad Tağıyevin çox saylı mülklərindən biri olduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2021-ci il tarixdə imzaladığı sərəncamla Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bu gün isə Rəşad Tağıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən qurumun kollektivinə təqdim olunub./Kanal24.az
Faktinfo.az xatırladır ki,Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Rəşad Ənvər oğlu Tağıyev uzun illər Sabiq təhsil nazirləri Mikayıl Cabbarov və Ceyhun Bayramovun rəhbərliyi altında Bakı Şəhər Təhsil İdarəsində yüksək vəzifələrdə işləyib.Onun Bakı şəhərində fəaliyyət göstərən orta məktəblərdə yığılan pullara nəzarət etməsinə dair mətbuatda yazılar yayımlanıb.
Bu xəbər üçün şərh yazın