İcra başçısının sürücüsü yol qəzasında öldü

İcra başçısının sürücüsü yol qəzasında öldü 

Goranboyda ağır yol qəzası baş verib.

ONA.az-ın  Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2115” markalı minik maşını ilə “Howo” markalı yük maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü 1969-cu il təvəllüdlü Aşağı Ağcakənd kənd sakini Əliyev Rauf İsmayıl oğlu ağır xəsarətlər alıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Dünyasını dəyişən şəxs Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.

Faktla bağlı araşdırma aparılır.




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər