İlham Əliyev Azərbaycanda türk F-16 qırıcı təyyarəsinin görünməsinə aydınlıq gətirdi: “Təyyarələr yerdədir..."

İlham Əliyev Azərbaycanda türk F-16 qırıcı təyyarəsinin görünməsinə aydınlıq gətirdi: “Təyyarələr yerdədir..." 

“Siz yerdə dedikdə mən sizinlə razıyam. F-16 qırıcı təyyarələr Azərbaycanda hərbi təlimlərdə iştirak etmək üçün gəlmişdi.

Keçən il Azərbaycan və Türkiyənin birgə 10 hərbi təlimi olmuşdur. Türkiyə bizim müttəfiq ölkədir və burada hərbi təlimlərin, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi adət olunan haldır”.

 

Faktinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “CNN International” televiziya kanalının “The Connect World” verilişində müsahibəsi zamanı “Sizin bazalarınızın birində türk F-16 qırıcı təyyarəsinin olmasına dair peyk təsvirlərini görmüşük. Siz F-16 qırıcı təyyarələr almamısınız. Beləliklə, Azərbaycan üçün güclü dəstəyi nəzərdə tutan F-16 qırıcı təyyarələrin yerdə olması doğrudurmu?” sualını cavablandırarkən deyib.

 

Dövlət başçısı qeyd edib: “Yeri gəlmişkən, bu il pandemiya səbəbindən bizdə yalnız iki hərbi təlim keçirilmişdir. Onlardan biri Ermənistanın bizə hücum etməsindən əvvəl baş vermişdir. Beləliklə, F-16 qırıcı təyyarələr yerdədir, onlar uçuş etmirlər, onlar heç bir şəkildə hər hansı bir döyüşdə iştirak etmirlər. Yeri gəlmişkən...”

 

Prezident “Siz F-16 qırıcı təyyarələrin istifadə olunmamasını birmənalı şəkildə deyirsiniz?” sualına belə cavab verib: “Mən bunu birmənalı şəkildə deyirəm və hətta sizə bir erməni feyk xəbəri haqqında da söyləmək istəyirəm. Toqquşmaların ilk günlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25 təyyarəsini vurduğunu demişdilər. Bu, feyk xəbərdir və bizi bunda günahlandıranlar indi bizdən üzr istəməlidirlər, çünki hər kəs bunun feyk xəbər olduğunu bilir. F-16 qırıcı təyyarələr buradadır, lakin onlar sizin də düzgün qeyd etdiyiniz kimi, yerdədir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər