"İlham Əliyev qaz təchizatı ilə bağlı Avropa ictimaiyyətini narahat edən məsələyə aydınlıq gətirdi"

"İlham Əliyev qaz təchizatı ilə bağlı Avropa ictimaiyyətini narahat edən məsələyə aydınlıq gətirdi" -Aqiyə Naxçıvanlı

"Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi:


Yoldan magistrala" mövzusunda panel iclasında etdiyi çıxışında Orta Dəhliz layihəsi, Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələri arasında daha da sıx əməkdaşlıq imkanları, Avropa bazarlarına təbii qaz ixracı həcminin artırılması perspektivləri və Avropa ictimaiyyətini maraqlandıran bir çox digər vacib məsələlər barədə ətraflı açıqlamalar təqdim olunmuşdur. İlk növbədə möhtərəm dövlət başçımız qeyd etmişdir ki, istənilən çoxmillətli təşəbbüsün uğur qazanması üçün əsas şərtlərdən biri həmin layihədə iştirak edən ölkələr arasında yaxşı münasibətlərin mövcud olmasıdır. Orta Dəhliz layihəsinın də belə bir üstünlüyü vardır. Məlumdur ki, Azərbaycan özünün xarici əlaqələrinin genişlənməsinə, dost və tərəfdaş ölkələrlə münasibətlərin dərinləşməsinə və möhkəmlənməsinə hər zaman xüsusi diqqət yetirir. Xüsusilə son dövrlərdə cənab Prezident İlham Əliyevin istər Avropa, istərsə də Orta Asiya ölkələrinə etdiyi çoxsaylı səfərlər də əməkdaşlıq əlaqələrinin şaxələnməsinə xidmət edir. Məhz bu baxımdan da Azərbaycanın iştirakçısı olduğu bütün digər beynəlxalq layihələr kimi, Orta Dəhliz layihəsinə də mühüm töhfələr verdiyini əminliklə demək olar."


Bu sözləri mətbuata açıqlamasında Prezident  İlham Əliyevin 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi Yoldan magistrala" mövzusunda panel iclasında etdiyi çıxışına münasibət bildirən  Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.


Fikirlərini davam etdirən deputat həmçinin qeyd edib ki, Azərbaycan layihənin ən qısa zamanda tam gücü ilə reallaşması üçün öz üzərinə düşən işlərin böyük hissəsini artıq başa çatdırıb: "Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanı 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün dövlətimiz tərəfindən vəsait ayrılıb. Təbii ki, bu addımlar Avrasiya məkanında cərəyan edən proseslərin təhlili nəticəsində, məqsədyönlü şəkildə hazırlanır. Hazırda Mərkəzi Asiyadan böyük həcmdə yüklərin istiqamətinin dəyişilməsi müşahidə olunur və bu, hələ başlanğıcdır. Məlumdur ki, ötən ilin sonlarına qədər Azərbaycan neftin tranzitini sadəcə Türkmənistandan həyata keçirirdi. Artıq bu ildən isə neftin daşınmasına həmçinin Qazaxstandan da başlanıb. Həmçinin bu dəhlizdən karbohidrogenlərin nəqli üçün də istifadə etmək potensialı mövcuddur. 



Təbii ki, bütün bu imkanları reallaşdırmaq üçün “Vahid pəncərə” sistemini tətbiq etmək, gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək, bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmasını təmin etmək lazımdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin Azərbaycan üçün bunun daha böyük əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən də ölkəmiz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi iş aparır. Xüsusilə yeni nəqliyyat layihələri Azərbaycanın ixrac imkanlarını daha da genişləndirəcək. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad iqtisadi zonanın açılışı isə daha böyük perspektivlər vəd edir.”


Daha sonra A.Naxçıvanlı Avropa ictimaiyyətini bu gün daha çox düşündürən,narahat edən  məsələlərdən biri, enerji təhlükəsizliyi və qaz təchizatı ilə bağlı idi. Prezident İlham Əliyevin verdiyi açıqlama çox  əhəmiyyətli və önəm kəsb edirdi.O,çıxışında vurğulayaraq dedi: “Moderatorun suallarını cavablandıran dövlət başçımız bildirdi ki, Azərbaycan Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olandan dərhal sonra müxtəlif istiqamətlər üzrə işlərə start verdi. O cümlədən hasilatın fiziki artımı, səmərəliliyin artırılması, itkilərin azaldılması və daxildə istifadə edilən qaza qənaət olunması istiqamətində məqsədyönlü addımlar atıldı. Məlumdur ki, 2021-ci ildə Avropa bazarına Azərbaycandan qaz ixracı təqribən 8 milyard kubmetrdən çox idi. Bu il isə ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Ümumi tələb olunan həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda 2027-ci ilə qədər təchizatın iki dəfə artırılması nəzərdə tutulur. Avropa İttifaqına təchizatın minimum 20 milyard kubmetr səviyyəsində olacağı nəzərdə tutulur ki, bunun üçün Avropada daha çox interkonnektorların olması lazımdır. Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməyi planlaşdırır”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi