İngiltərəyə 17 milyon dollar aparan azərbaycanlı ər-arvadın kim olduğu bilindi

İngiltərəyə 17 milyon dollar aparan azərbaycanlı ər-arvadın kim olduğu bilindi 

Xəbər verdiyimiz kimi, bu ilin may ayında Böyük Britaniyada adları gizli saxlanan ər-arvad tərəfindən "Azərbaycanın pulyuyan maşını" kimi tanınan sxemlə ölkəyə gətirilən azı 14 milyon funt sterlinq (17 milyon dollar) “çirkli pulla” bağlı məhkəmə keçirilib.

Faktinfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Britaniyanın "Evening Standard" qəzeti bu gün həmin şəxslərin kim olduğunu açıqlayıb.

Açıqlanan məlumatda bildirilir ki, 14 milyon funt sterlinq məbləğində “çirkli pullu” ölkəyə gətirməkdə irttiham olunan şəxslər -  sabiq deputat, mərhum Cəlal Əliyevin qızı İzzət Cavadova ilə onun həyat yoldaşı - Energetika nazirinin müavini Gülməmməd Cavadovun oğlu Süleyman Cavadov olub.

Qeyd edək ki, məlumatda İzzət Cavadovanın “Mikaela Jav” təxəllüsülə tanınan məşhur “DJ” olduğu bildirilir.

Onu da qeyd edək ki, 1980-ci ilin fevral ayında anadan olan İzzət Cavadova adlı Azərbaycan vətəndaşı 6 iyun 2014-cü ildə Londonda – “15 Bunhill Row, London, EC1Y 8LP” ünvanında “Love The Underground Records Ltd” adlı şirkət qeydiyyatdan keçirib. 12 sentyabr 2017-ci ildə isə şirkət ləğv olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi