İran 2 il ərzində nüvə silahı əldə edəcək – Fransa XİN
Hələlik, İranın hazır nüvə silahı yoxdur, ancaq yaxın bir və ya iki il ərzində onu yarada bilər. Bu, o zaman baş verəcək ki, Tehranı nüvə sazişinə əməl etməyə inandırmaq mümkün olmasın.
Bu barədə yanvarın 10-da Fransa xarici işlər naziri Jan-İv Le Drian «RTL» radiosunun efirindən bəyan edib.
«İndi hələlik onların nüvə silahı yoxdur, amma əgər onlar nüvə sazişinin şərtlərinə əməl etməyə məhəl qoymasalar, o zaman bir-iki il ərzində nüvə silahı əldə edə bilərlər» - Frasa XİN başçısı bəyan edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın