"İran ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir" -Könül Nurullayeva
İranın sərhəddə keçirdiyi AntiAzərbaycan təlimləri heç kimi, o cümlədən də Azərbaycanı qəti narahat etmir. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla mətbuata birgə bəyanatında da qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli amildir.
Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır. İran bu mesajdan ciddi nəticə çıxartmalıdır. Ümumiyyətlə, rəsmi Tehran öz ənənəsinə sadiq qalaraq ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirir. Otuz illik işğal dövründə də İran Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkşaf etdirərək, birgə layihələr həyata keçirirdi. Bu ölkənin rəhbərləri əli müsəlmanların qanına batmış Xocalı cəlladlarına - Koçaryan və Sarkisyana isti münasibət sərgiləyirdi.
Faktinfo.az xəbər verir ki,bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva son günlər açıq şəkildə İranın ermənipərəst,anti-Azərbaycan siyasəti yürütməsinə münasibət bildirərkən söyləyib.
Milli Məclisin üzvü bildirib ki,işğal dövründə İran-Ermənistan dostluğu və qardaşlığı haqqında bəyanatlar həmişə gündəmdə olub. Bu gün də eyni siyasət davam edir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı İranın xarici işlər naziri Əmir Abdullahian da İəvana səfər etdi. Bu davranışla İran Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini öz əməli ilə təsdiqləyir.Təəssüflə qeyd etməliyik ki, işğal dövründə İran Azərbaycan xalqına məxsus milli mədəni irsin dağıdılmasına, məscidlərin təhqir olunmasına göz yumub. İslami dəyərlərin məhv edilməsini görməzlikdən gəlib.44 günlük Vətən müharibəsində də İran Azərbaycanın qələbəsini həzm etmirdi. Müharibənin gedişində Ermənistana silah yardımları edir, Azərbaycana qarşı hər cür vasitələrdən istifadə edirdi.İran rəhbərliyi Azərbaycanın qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verib.
Eyni zamanda o da faktdır ki, İranda azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına ayrı-seçki münasibət sərgilənir.Bu ölkədə soydaşlarımız bütün hüquqlardan məhrum edib, ana dilində təhsil almaq, yazmaq hüququ belə əllərindən alınıb.Ermənilərin isə İranda öz dillərində mediaları fəaliyyət göstərir, ana dilində təhsil alırlar. Yəni bizdın fərqli olaraq onlara hər cür şərait yaradılıb.Postmünaqişə dövründə də Bu cənub qonşumuz Ermənistanın ərazi bütövlüyü məsələsini ön plana çıxararaq, Azərbaycana qarşı hədələr səsləndirir, hərbi təlimlər keçirir. Amma bu təlimlər hər nə qədər Azərbaycana qarşıəzələ nümayişi olsa da heç bir nəticəsi yoxdur. Belə ki, bu, İran ordusunun gücündən daha çox qeyri-peşəkar, müasir dövrün hərbi standartlarından çox geridə qaldığını göstərdi. Görünən budur ki, uzun illər tətbiq olunmuş sanksiyalar səbəbindən İran ordsu texnoloji baxımdan 50 il əvvəlki səviyyədə qalıb.Azərbaycanın atdığı addımlar, o cümlədən də Zəngəzur dəhlizinin reallaşdırılması heç kimə qarşı yönəlməyib, əksinə, bölgənin inkişafına əsaslı töhfə vermək məqsədi daşıyır. Bu mənada cənub qonşumuz İranın da aqressiyası əsassızdır, - deyə Könül Nurullayeva bildirib.
Bu xəbər üçün şərh yazın