İraq ABŞ ordusunun ölkədən çıxarılmasına qərar verdi

İraq ABŞ ordusunun ölkədən çıxarılmasına qərar verdi 

İraq parlamenti ABŞ əsgərlərinin ölkədən çıxarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Parlamentin iclasında şiə millət vəkillərinin “ABŞ-a yox”, “Bağdad azad olacaq, ABŞ çölə” kimi şüarlar səsləndirdiyi bildirilib.

Qeyd edək ki, ötən gün İraq Təhlükəsizlik Şurası SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin və digər şəxslərin öldürülməsi ilə əlaqədar iclas keçirmişdi. Şuranın iclasdan sonra yaydığı bəyanatda parlamentin fövqəladə iclas keçirəcəyi və ABŞ-ın İraqdakı varlığına son qoymaqla bağlı qərarının müzakirə ediləcəyi bildirilmişdi.Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi