Erməni tarixçisinin etirafı

Erməni tarixçisinin etirafı -Bir qala ucalır, ona “Keçi qalası” deyirlər

Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradıldığının elan edilməsi, dünya xalqlarının tariximizi əhatəli şəkildə bilmələrini şərtləndirəcək.Tarixi Azərbaycan torpaqlarının yağmalanması hesabına Ermənistan respubilkası necə və hansı şəraitdə təşkil olunub.

Əslində 10 il bundan əvvəl elan olunmalı Qərbi Azərbaycan (İrəvan) Respublikası təbii ki,tarixi-ideoloji faktorlardan çıxış etməklə ermənilərin İrəvan xanlığına, Dağlıq Qarabağa ,həmçinin,Azərbaycan torpaqlarına gəlmə olduqlarını tarixi faktlarla dünya ictimayyətinə,Beynəlxalq təşkilatlara çatdıra biləcək. Beləliklə, ikiüzlü,riyakar,tarixi faktları saxtalaşdırmaqda məşhur olan erməni və erməni mənbələrinin "işi" bir az da  çətinləşəcək.Artıq onlar daha böyük masştabda  ifşa olunduqlarının fərqinə varıb, zama-zaman yaratdıqları "məzlum erməni obrazı"ndan yararlana bilməyəcəklərini dərk edəcəklər.  

Faktinfo.az  mövzunun aktuallığını nəzərə alıb, Ramazan  Hüseynovun müəllifi olduğu "Ulu Yurdum İrəvan"- Qərbi Azərbaycan Mühacir hökuməti kitabında qeyd olunmuş ən önəmli faktlardan birini  oxuculara təqdim edir:

Belə ki,müəllif birinci kitabında Ermənistan respublikası adlanan ərazinin azəri türklərinə məxsus olduğunu təkzibolunmaz faktlarla sübut edir.O, 2006-cı ildə müəllifi olduğu  “Qərbi Azərbaycan Mühacir Hökuməti” seriyasından ikinci kitabda isə ulu türk yurdu İrəvanın acı taleyini həzm edə bilmədiyimizi, “Gülüstan-Türkmənçay” müqavilələrinin tariximizin qara səhifəsi olduğunu da vurğulayır.Eləcə də,Ramazan Hüseynov qeyd edir ki, zəruri olan ən ali məqsəd bu gün Qərbi Azərbaycan mühacir hökumətinin elan edilməsi və təşkilidir. Kitabın ən əsas məziyyəti də budur desək,yanılmarıq.

Həmçinin,R.Hüseynovun müəllifi olduğu əsərdə Cənubi Azərbaycan tarixçilərinin, o cümlədən Səməd Sərdariyanın da eynən  bizim tarixçilərin mövqeyindən çıxış etməsi,“Gülüstan”, “Türkmənçay”, “Qars” müqavilələrinin şərtləri, I Pyotrun vəsiyyəti və bu vəsiyyətin zaman-zaman Azəri türklərinə qəbul etdirilməsi qeyd olunur.

"Ulu Yurdum İrəvan"- Qərbi Azərbaycan Mühacir hökuməti kitabında müəllifin tarixi mənbələrə əsaslanması,İrəvan xanlığı haqqında faktlara istinad etməsi, hətta 1655-ci ildə İrəvana gəlmiş Jan Bablist Taverniyenin əsərlərinə istinad bir daha təsdiq edir ki, şəhər qalasında müsəlmanlar yaşamış və bu qalada 800 müsəlmana aid ev var. Bablist Taverniye yazıb: “Şəhər torpaqlarını cənub qərbdən axan Zəngi çayları suvarır”. Sərdarın sarayı çox gözəl, möhtəşəm bir imarətdir. Min addım o yanda bir qala bürcü ucalır, ona burada “Keçi qalası” deyirlər.

XIX əsrin axırlarında İrəvan vilayətində xanlığı əhatə edən əhalinin 20%-nin erməni, 80%-nin isə azəri türkü olmasını, rus tarixçisi H.Şavrov da təsdiqləyib.O,quberniyada ermənilərin azlıq təşkil etməsini qeyd edib.Hətta, müəllif Paskeviçə istinadla  o dövrdə İrəvan vilayətində 10000 müsəlman, 3000 erməni ailəsinin yaşamasını qeyd etməklə bərabər, erməni tarixçisi A.Qioanisyanın XIX əsrin I rübündə ermənilərin şəhər əhalisinin dörddə birini təşkil etməsinə,İrəvan Xanlığının azəri türklərinə məxsus olmasını təsdiqləməsinə də diqqət çəkib.

Faktinfo.az


Erməni tarixçisinin etirafı
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər