
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti xərcləri azaltsın!-Katric almağa 560 min manat sərf edilirsə...
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fevral ayında katric almağa 560 min manat sərf edib, lakin bu son rəqəm deyil...
Poliqon.az xəbər verir ki, 560.002,98 manatlıq katric almaq üçün qurum “Caspian Supplies Aze” MMC ilə fevralın 21-də müqavilə bağlayıb. İŞBSTX ümumilikdə 290 ədəd katric alacaq.
Lakin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin katric və digər avandalıqlara olan həvəsi bununla bitməyib. Qurum fevralın 27-də printer, foto üçün kağız, katric və yaxa mikrofonu almaq üçün “Azimut Təchizat” MMC ilə 331 575 manatlıq müqavilə bağlayıb. Yəni İŞBSTX təkcə fevral ayında katric və digər ofis avadanlıqları üçün 1 milyona yaxın pul xərcləyib və bəlkə də bu 2025-ci il üçün son rəqəm olmayacaq.
Təbii ki, bütün bu kimi xərclər 1 kubmetr suyun istehlakçıya çatdırılması xərclərinə aid edilir və sonucda faktura vətəndaşa kəsilir.
Qeyd edək ki, iki gün əvvəl İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır. Belə ki, Aydın Abbasova görə 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir.
Bəs görəsən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. Və doğrudanmı bütün bu vəsaitin hamısı qurum üçün katric almağa sərf ediləcək?..
Faktinfo.az bildirir ki,nəinki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində, digər qrumlarda da nə vaxta kimi şişirdilmiş qiymətlərlə mal-material alınıb vəsait israfçılığına yol veriləcəksə işıq,qaz,su vəs. fərq etməz istehsal olunan məhsulun maya dəyəri yüksək həddə qalacaq.Sonrada düşünüləcək ki,qiymətləri qaldırıb yaranmış fərqi əhalinin hesabına aradan qaldıraq.O cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti belə etmək istəyir.Əks təqdirdə Aydın Abbasov kimiləri "1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlir,mövcud tarif 70 qəpik təşkil edir,"-deyib ortalığa fikir atmaqla əhaliyə satılan suyun qiymətini qaldırmaq üçün zəmin hazırlamazlar.
Gedin xərcləri azaldın,sudan qeyri-qanuni istifadənin aşkarlanması və aradan qaldırılması məqsədilə tədbirləri davam etdirin,"Yuyucu" müəssisələrində,restoran və kafelərdə,avtomobil yuma məntəqələrində,xüsusilə həyət evlərində qeyri-qanuni xətt və birləşmələri kəsərək ləğv edin.Yüzlərlə sayğacdankənar halları aşkarlamaqla istehsal olunan suyun maya dəyərini aşağı salmaq olar.
Bəli,bəli olar! Bu gün Bakıda su itkisinin,suyun qanunsuz yollarla talanmasının qaynağı dəqiq araşdırılsa,itkinin 90 faizinin məmurların obyektlərinə aid olacağı heç bir şübhə doğurmur.Vətəndaşa region ölkələrindəki qiymətdən daha baha satılan su,iri çinli məmurlar,eləcə də nazirlərin obyektləri üçün havayıdır.Və o da bir həqiqətdir ki,hələ də bu özbaşnalığın durdurulmasına yönəlik heç bir əməli addım atılmır.Ara-sıra imitasiya xarakterli bir-iki halda suyun talanması hadisəsini ictimailəşdirməklə iş bitmir.Hələ də,20-30 manat su borcuna görə əhalinin suyunu,qazını,işığını kəsən aidiyyatı qrumlar oliqarxiyanın bu istiqamətdə qanunsuzluğunu görməzdən gəlir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın