İşdən çıxarılan müəllim universiteti məhkəməyə verdi - BAKIDA
Azərbaycan Dövlət İqtisad Universitetinin işdən çıxarılan əməkdaşı təhsil müəssisəsini məhkəməyə verib.
Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl universitetdən çıxarılan “Rus dili” kafedrasının müəllimi Mansurova Zərifə Yaqub qızı işə bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi Z.Mansurovanın tələbini təmin etmədiyi üçün o, Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
Bakı Apelyasiya Məhkəməsində müraciətlə bağlı baxış iclası təyin edilib.
Qeyd edək ki,Z.Mansurova pozulmuş haqq və hüququnun bərpası istiqamətində ölkə prezidentinə,digər rəsmi şəxslərə də məktub ünvanlayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın