İsrail prezidenti son 14 ildə ilk dəfə Türkiyəyə səfər edib
İsrail prezidenti İshaq Hersoqun Türkiyəyə rəsmi səfəri başlayıb.
İki gün davam edəcək səfər çərçivəsində İ.Hersoq bir sıra rəsmilərlə, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcək.
Görüşlər zamanı iki ölkə arasında müxətlif sahələr üzrə ikitərəfli münasibətlər, əməkdaşlıq məsələləri müzakirə olunacaq.
İ.Hersoq 2008-ci ildən bəri Türkiyəyə səfər edən ilk İsrail prezidenti olub.
Qeyd edək ki, İshaq Hersoq 2021-ci ilin iyulunda prezident seçilib. /trend.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın