İstanbul Aydın Universitetinin rektoru Qərbi Kaspi Universitetində olub
İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın Qərbi Kaspi Universitetində olub. Qonağa Qərbi Kaspi Universitetinin tarixi, əldə etdiyi nailiyyətlər və son illərdə həyata keçirilən layihələr barədə məlumat verilib.
Faktinfo.az xəbər verir ki,tərəflər arasında müəllim-tələbə mübadiləsi, birgə tədbirlərin təşkili, elmi tədqiqat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Daha sonra qonaq Qərbi Kaspi Universitetinin yeni tədris binası ilə tanış olub. Məlumat verilib ki, ötən tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin praktik layihələr üzərində işləməsi üçün texnopark qurulub, bir sıra unikal laboratoriya və mərkəzlər yaradılıb.
İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın yaradılmış şəraitin keyfiyyətli təhsilin təşkilinə imkan verdiyini qeyd edib, iki universitet arasında əməkdaşlığın tələbələr üçün yeni imkanlar açacağına əmin olduğunu bildirib
Bu xəbər üçün şərh yazın