İYİ Partiyasında istefa:"FETÖ-çuların təlimatı ilə Akşənər masaya qayıtdı" -Rəşad Ərdoğan
Türkiyədə “Altılı masa”dan İYİ Partiyanın rəhbəri Maral Akşənərin ayrılması ilə başlayan gərginlik, gələn təzyiqlərdən sonra partiya sədrinin yenidən masaya qayıtması ilə bitmişdi.
İYİ Partiyanın Ümumi İdarə Heyətinin üzvlüyündən istefa edən Rəşad Ərdoğan FETÖ-çuların təlimatı ilə Akşənərin masaya qayıtdığını iddia edib.
Rəşad Ərdoğan bu barədə ölkə mediasına açıqlamasında bildirib.
O qeyd edib ki, M. Akşənər başçılıq etdiyi iclasda və idarə heyəti qarşısında qəbul etdiyi qərarı yox saymış oldu:
“İYİ Partiyasının qurucularından biri olaraq söyləyirəm. Bu göstəriş düz okeanın o tayından gəldi. Akşənər millətçi səslərin getməsinin qarşısını almaq üçün özünəməxsus şəkildə hərəkət etməyə çalışır. Bu ölkədə heç kim 7 başlı struktura səs verməz. Akşənər hələ də baş verənləri görməzdən gəlsin. Bələdiyyə seçkilərində olduğu kimi, HDP də artıq “Altılı masa”nın yeddinci ortağıdır”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın