Jurnalistin boğazına bıçaq dirəyənə ağır cəza verilməlidir -

Jurnalistin boğazına bıçaq dirəyənə ağır cəza verilməlidir - ÇAĞIRIŞ

“Jurnalisti təhdid edənlərə, yaşadığı binaya qədər izləyib boğazına bıçaq dirəyənlərə, məhkəmələrdən yazı yazmamağı tələb edənlərə ən kəskin formada cavab verilməlidir”.

Bakupost.az xəbər verir ki, bu sözləri Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli jurnalist Aytən Məmmədovaya hücumla bağlı danışarkən deyib.
O bildirib ki, cinayəti törədənlər tapılıb cəzalandırılmalıdır:

“A. Məmmədova peşəkar jurnalistdir, media sahəsində uzunmüddətli fəaliyyəti var. Məhkəmə prosesləri barədə informasiyalar, reportajlar hazırlayan jurnalistlər sırasında tanınmış imza sahiblərindəndir. Bir peşəkar olaraq ixtisaslaşdığı sahənin prinsiplərini, həmçinin, təhlükəsizlik qaydalarını yaxşı bilir. Belə bir jurnalisti təhdid edənlərə, yaşadığı binaya qədər izləyib boğazına bıçaq dirəyənlərə, məhkəmələrdən yazı yazmamağı tələb edənlərə ən kəskin formada cavab verilməlidir. Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) olaraq məsələni gündəmdə saxlamağa çalışacağıq. Daxili İşlər Nazirliyinin məsələyə operativ reaksiya verməsi təqdirəlayiq haldır. Bununla belə, məsələnin sona qədər təqib edilməsi, cinayəti törədənlərin mütləq tapılıb cəzalandırılması zəruridir”.

Xatırladaq ki, mayın 8-i, gecə saatlarında tanınmış jurnalist Aytən Məmmədovaya hücum edilib.
Daxili İşlər Nazirliyi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır, jurnalistdən izahat alınıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər