Jurnalistin qaçırılması ilə əlaqəli olan 15 nəfərin görüntüləri yayıldı
Türkiyənin “Sabah” qəzeti səudiyyəli jurnalist Camal Qaşıqçının Türkiyədə itkin düşməsi ilə əlaqəli olan 15 nəfərin fotoşəkillərini dərc edib.
TASS xəbər verir ki, şəkillər, görünür, hava limanında pasport yoxlamasında və hotelə gəliş zamanı çəkilib.
Qeyd olunur ki, onlar İstnabula Səudiyyə Ərəbistanından jurnalistin itkin düşdüyü gündə gəliblər.
Qəzetdə həmçinin bu şəxslərin adları və doğum tarixlər də dərc edilib. Məlumata görə, bu insanlar İstanbulda bir gündən də az qalıblar, iki hoteldə yaşayıblar və əksəriyyəti ölkəni özəl təyyarələr ilə tərk edib.
Qəzet eyni zamanda bu qruplaşmaya səudiyyəli hərbçi Salah Məhəmməd Tubaiqinin rəhbərlik etdiyini yazıb.
Bildirək ki, daha əvvəl Səudiyyə Ərəbistanının Ankaradakı səfiri jurnalist C.Qaşıqçının Səudiyyə Ərəbistan konsulluğunda itkin düşməsi ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb, diplomatdan konsulluqda axtarış aparılmasına icazə verilməsi tələb olunub. Dünən Səudiyyə Ərəbistanı tərəfi türkiyəli müstəntiqlərə krallığın İstanbuldakı Baş Konsulluğunun binasında axtarış aparmağa icazə verib.
Bununla yanaşı, Türkiyə KİV-də “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçının İstanbulda Səudiyyə Ərəbistanının Baş Konsulluğunun binasına gəldiyini və içəri daxil olduğunu göstərən kadrlar yayılıb.
Bu xəbər üçün şərh yazın