Keçmiş deputatlığa namizədin oğlu şəhid qızını bu maşınla vurub
Noyabrın 8-də paytaxtın Səbail rayonunda şəhid Elton Əkbərovun qızı Könül Əkbərovanın ölümünə səbəb olan "Jeep Grand Cherokee” markalı maşının fotosu yayılıb
Qəza törədən avtomobil hazırda cərimə meydançasındadır.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü Könül Əkbərovanı "Jeep Grand Cherokee”markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimlinin atası Akif Rəhimov "Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri, əmisi Məmməd Rəhimov isə “Yeganə” şadlıq sarayının sahibidir.(unikal.org)
Onu da qeyd edək ki,Akif Rəhimov iki dəfə deputatlığa namizədliyini irəli sürüb.O, 50 saylı Abşeron-Qobustan seçki dairəsindən seçkilərə iki həftə qalmış namizədliyini geri götürüb.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın