Kəramət Böyükçöl Elman Nəsirova: “Adam əyilə-əyilə nə qədər basıb-bağlayar”

Kəramət Böyükçöl Elman Nəsirova: “Adam əyilə-əyilə nə qədər basıb-bağlayar” 

Azərbaycan xalqı koronavirusa ona görə inanmır ki, bu xəstəliyin varlığı ilə bağlı məlumatı camaata ömür boyu yalan danışmış, dilindən bircə dəfə də düz söz çıxmayan adamlar verir.

Pravda.az-ın xəbərinə görə, bu sözləri tanınmış yazar Kəramət Böyükçöl deyib.

 Yazar daha sönra fikirlərinə belə davam edib:

 

"Vallah, Elman Nəsirov mənə desə sənin adın Kəramətdir özümdən şübhələnərəm ki, doğrudan, mənim adım Kəramətdir? Dəqiqləşdirərəm. Əgər adım doğrudan da, Kəramət olsa belə yenə boynuma almaram. Deyərəm, yox, mənim adım Kəramət deyil. Cəmiyyət qarşısına çıxmağa üzü olmayan bu cür deputatlar koronavirus var deyəndə camaat açığı inanmır. Vallah, acığı inanmır. Bu tip adamlar ortalıqdan çıxmayana qədər, susdurulmayana qədər Azərbaycan hakimiyyəti ilə Azərbaycan vətəndaşı arasında uçurum hər gün dərinləşəcək. Adam əyilə-əyilə nə qədər basıb-bağlayar, nə qədər nifrət qazanar, İlahi".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi