Kılıçdaroğlu "çabalayır": Bu dəfə Rusiyanı ittiham etdi

Kılıçdaroğlu "çabalayır": Bu dəfə Rusiyanı ittiham etdi – Foto

Türkiyədə prezidentliyə namizəd Kamal Kılıçdaroğlu “Deep Fake” və montajların arxasında Rusiyanın olduğunu açıqlayıb.

K. Kılıçdaroğlu bu barədə Tvitterdə bildirib.

“Hörmətli rus dostlarımız, dünən bu ölkədə ortaya çıxan montajlar, “Deep Fake” və təxribatların, arxasında siz varsınız. Əgər 15 maydan sonra dostluğumuzun davam etməsini istəyirsinizsə əlinizi türkün dövlətindən çəkin. Biz hələ də işbirliyindən və dostluqdan yanayıq”, - deyə o bildirib.

Qeyd edək ki, dünən Türkiyədə prezidentliyə namizəd Məhərrəm İncə ilə bağlı saxta, şəxsi görüntülər yayılıb. Bu gün isə M. İncə namizədliyini geri götürdüyünü açıqlayıb.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər