“Kim nə deyirsə desin, siqaret cahilliyin əsəridir…”

“Kim nə deyirsə desin, siqaret cahilliyin əsəridir…” - Fazil Mustafa

“ABŞ Konqresi tütün məmulatlarını satın alma yaşını 18-dən 21-ə qaldıran qanun qəbul etdi. ABŞ Konqresinin qəbul etdiyi bir sıra siyasi xarakterli qərarlara etiraz bildirsək də, bu qərarın Azərbaycan üçün də faydalı olacağını düşünürəm.

Kim nə deyirsə desin, siqaret cahilliyin əsəridir, öz yaradılış mahiyyəti haqqında sağlam bilgisi olan və məsuliyyətli insan ola bilməz ki, siqaret və ya qəlyan aludəçisi olsun”.

Deputat Fazil Mustafa Azərbaycanda da ABŞ-da olduğu kimi siqaret satın alma yaşının 21-ə qaldırılması, enerji içkilərinin qadağan olunması, 21 yaşından aşağı gənclərəqəlyan çəkilməsinə qadağan olunması barədə qanun qəbul edilməsinin zəruriliyini təklif edib.

O, bu barədə  öz Facebook səhifəsində yazıb.

Deputat fikrini belə davam etdirib: “Gənc yaşlarında isə fors üçün, yeniyetməliyin təsdiqi üçün mənimsənilən bu axmaq vərdiş sonradan narkomaniyaya keçid üçün münbit şərait yaradır. İki cür insan tipinin həyatda hansısa fayda qazandığını eşitmədim, duymadım. Bunlardan birincisi narkotik aludəçisi olanlardır, ikincisi isə qumar oynamağa meyl göstərənlərdir. Ona görə də bizdə də siqaret satın alma yaşının 21-ə qaldırılması, enerji içkilərinin qadağan olunması, 21 yaşından aşağı gənclərə qəlyan satılmasının qadağan olunmasını nəzərdə tutan qanunların qəbul olunmasını zəruri sayıram”.

İnanın ki, Qarabağ üçün fədakarlıqdan da öncə özümüzü, vücudumuzu tərbiyə etmək üzərində düşünməliyik”./Olke.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi