"Kimin evdə bekar qadını varsa, gətirib AMEA-ya şöbə müdiri qoyub" - RAMİZ MEHDİYEV
"Yaradılmasından 3 il keçməsinə baxmayaraq Yüksək Texnologiyalar Parkında da işlər müasir tələblər səviyyəsində qurulmayıb. Onlar rusların bir sözü var - "pakazuxa"lıqla məşğul olublar".
Bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın Ümumi yığıncağında çıxışı zamanı deyib.
O təəssüflə bildirib ki, akademiya mühüm dövlət proqramlarının icrası istiqamətində lazımi səviyyədə iştirak etmir.
AMEA-da vəziyyətlə bağlı bizimyol.info-ya danışan adının çəkilməsini istəməyən alimlərdən biri deyib ki, maddi problem və sıxıntılar çəkməkdən elmi fəaliyyəti barədə düşünə bilmir.
“Alimə 300-400 manat maaş verirlər. Məcburam əlavə işlərə də baş vuram, yoxsa ailəm çətin vəziyyətdə qalır. AMEA bir bataqlıqdır. Mən 20 ildir burdayam, kimin adamı varsa vəzifəyə onu qoyurlar. Bura qadın krallığıdır. Hansı vəzifəli şəxsin evdə bekar qadın qohumu, gəlini, qızı var, gətirib burada şöbə müdürü qoyur. Bütün gün çay içib qeybət qırırlar. Bizim riyaziyyat alimlərimiz tənlik həll edə bilmirlər. Bunu başqa xarici akademiyaların nümayəndələri də deyirlər. Onlara görə biz qızarırıq. Akademik Gövhər Baxşəliyevanın yanına elmi məsələ üçün gedirik. Deyir mən deputatam mənim elmi məsələyə vaxtım yoxdur. Səsini də çıxarsan səni boğarlar. Heç bir layihəni işləməyimizə icazə vermirlər”.
Qeyd edək ki, akademik, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva növbəti-5-ci dəfə seçkilərə qatılıb.
Bu xəbər üçün şərh yazın