"Kitabxanalar ,stadionlar satıldı, indiki gənclərə qalan bloklar və narkotiklərdir..."

"Kitabxanalar ,stadionlar satıldı, indiki gənclərə qalan bloklar və narkotiklərdir..." -Aslan İsmayılov

“İllər əvvəl İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti olarkən, demək olar, bütün rayonlarda Olimpiya kompleksləri tikilməsinə rəhbərlik etdi.

Həqiqətən dünya standartlarına uyğun komplekslər tikildi. Ancaq az sonra həmin komplekslər yerli insanların üzünə bağlandı və biznes proyekti kimi fəaliyyət göstərdi. Bildiyim qədər demək olar ki, hamısını müxtəlif özəl şirkətlərə icarəyə veriblər. Bunu da elə yarıtmaz şəkildə həyata keçirdilər ki, bir çox komplekslər bu gün uçub dağılır və təyinatı üzrə heç cür istifadə edilmir. Rayon camaatının aylıq 100 manatı yoxdur ki, balasını ora yazdıra bilsin. Nəticədə hərtərəfli itiririk. Bunu isə heç düşünən yoxdur”.

Faktinfo.az xəbər verir ki,bunu hüquqşünas Aslan İsmayılov deyib.

 A.İsmayılov qeyd edib ki, İlham Əliyev ölkə Prezidentidir və bu komplekslərin fəaliyyətini izləyə bilmir: “Axı ölkədə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və onun yüzlərlə xidməti maşınlı, kabinetli vəzifəli şəxsləri var. Onlar bu sahədə baş verən biabırçılıqları görmürlərmi?! Xalqın on milyonları hesabına tikilmiş bu komplekslər nə üçün insanların üzünə bağlıdır?! Sonra da deyirik ki, gənclik narkotiklərə qurşanıb, gələcəyimiz məhv olur. Axı bu yazıq gənclər, yeniyetmələr asudə vaxtlarını harada keçirsinlər?! Məktəblərin nəzdində olan stadionlar tikinti komplekslərinə satıldı, olimpiya kompleksləri kababxanalar, digər xanalar kimi fəaliyyət göstərdi, tirlər, təlim mərkəzləri, istirahət düşərgələri, məşq zalları dədə malı kimi satıldı, məhəllələr zəbt edildi. İndiki gənclərə qalan bloklar və narkotiklərdir...”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi